SON XƏBƏRLƏR

TEHRANDA KİŞİLƏRİN QADIN PALTARI SATMASI YASAQLANIR

2021.10.20, 07:36
TEHRANDA KİŞİLƏRİN QADIN PALTARI SATMASI YASAQLANIR

Gunaz.tv
TEHRANDA KİŞİLƏRİN QADIN PALTARI SATMASI YASAQLANIR Əhməd Ruzbehani İran hüquq mühafizə qüvvələri əxlaq təhlükəsizliyi polisinin rəisi Əhməd Ruzbehani jurnalistlərə açıqlamasında gələn aydan paytaxt Tehranın bütün park və əyləncə mərkəzlərinin nəzarətə götürüləcəyini bildirib. Ə.Ruzbehani deyib: “Yay mövsümündə vətəndaşların parklardan və əyləncə mərkəzlərindən çox istifadə etməsini nəzərə alan polis qüvvələri bu yerlərə özəl nəzarətə başlayacaq”. Özəl nəzarət dedikdə nəyi nəzərdə tutduğu barədə açıqlama verməyən Ə. Ruzbehani bütün park və əyləncə mərkəzlərində daimi polis məntəqələrinin yaradılacağını vurğulayıb: “Bu yerlərdə əxlaqsız CD-lər, alkoqollu içkilər və narkotik maddələr satanların hərəkəti nəzarətə alınacaq və həmin şəxslər həbs ediləcək”. Ə. Ruzbehani kişilərin qadın geyimləri satmasına da qadağa qoyulduğunu deyib: “Əgər polis belə halla rastlaşsa, mağaza sahibini cərimələyib obyekti bağlayacaq”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar