SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan düsturu: şərtlər var, şərtlər yoxdur

2021.10.20, 07:36
Türkiyə-Ermənistan düsturu: şərtlər var, şərtlər yoxdur

Gunaz.tv
Türkiyə-Ermənistan düsturu: şərtlər var, şərtlər yoxdur Türkiyənin nüfuzlu Hürriyət qəzeti yüksək rütbəli bir Türkiyə diplomatına istinadən yazıb ki, yol xəritəsi daxil olmaqla, heç bir sənəddə Ermənistan-Türkiyə danışıqlarının qeyd-şərtsiz aparıldığı deyilmir. Həm Türkiyə, həm də Ermənistan bəyan edir ki, sülh danışıqları hər hansı şərtlərdən azaddır, lakin bu vaxta qədər Türkiyədən gələn ritorika bunu təsdiqləmir. Diplomatın Hürriyətə dediklərinə əsasən, Türkiyənin şərtlərindən biri - tarixçilərdən ibarət birgə komissiyanın yaradılması və soyqırım iddialarının araşdırmasıdır. Türkiyə-Ermənistan danışıqlarının ən ziddiyyətli məqamlarından biri - danışıqların qeyd-şərtsiz aparılması ilə bağlıdır. Bunu rəsmilərin dilindən tez-tez eşitmək olar. Amma bəzi türk diplomatlarının sözlərinə görə, bu əslində belə deyil. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli deyəndə nə nəzərdə tutulur? Referendumun bir neçə ildən sonra orada keçirilməsi mümkünlüyümü? Türkiyə ona qədər gözləməlidirmi?". Adı çəkilməyən yüksək rütbəli Türkiyə diplomatının Hürriyət Deyli Nyuza müsahibəsindən Türkiyənin bir yüksək rütbəli diplomatı deyir ki, "Türkiyənin şərti - 1915-ci il hadisələrini öyrənmək üçün Ermənistanla birgə komissiyanın yaradılmasıdır, Ermənistanın şərti isə - sərhədin açılmasıdır". Hər iki tərəfin şərtləri onların dosyesindədir və danışıqların istiqamətini bu və ya digər şəkildə müəyyən edir. Türkiyə və Ermənistan aprelin 22-ndə birgə bəyanatla çıxış edərək, münasibətlərin normallaşdırılmasına dair yol xəritəsini razılaşdırmışlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra Türkiyə Ermənistanla diplomatik əlaqələri kəsmiş və onunla sərhədini bağlamışdı. Türkiyə-Ermənistan danışıqları ilə yanaşı Bakı və Yerevan da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini fəallaşdırmışlar. Özünün ən yaxın müttəfiqinin planlarından məyus olan Azərbaycan rəhbərliyi Türkiyə ilə Ermənistan arasında münasibətlərin gözlənilməz tərəqqisindən tez-tez narahatlıq izhar edir. Bu yaxınlarda prezident İlham Əliyev Türkiyə ilə Ermənistan arasında tərəqqinin miqyasını anlamağa çətinlik çəkdiyini bildirərək demişdir: "Bəziləri ilkin şərtlərin olmadığını deyir. Amma bəzilərindən eşidilib ki, ilkin şərtlər var. Bəs bunların hansı doğrudur?" Məhz Bakının bu reaksiyası Ankaranı mövqeyini dəqiqləşidrməyə və Ermənistanla sərhədin açılması üçün yeni şərti səsləndirməyə vadar etdi. TRT dövlət kanalına müsahibədə baş nazir Rəcəb Tayyip Ərdoğan ötən həftə deyib ki, "sərhədlər yalnız Ermənistan öz qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxarsa açılacaq". Bu aydın şəkildə göstərir ki, Türkiyə höküməti Ermənistanla bağlı düsturuna Dağlıq Qarabağ məsələsini yalnız birgə komissiyanın yaradılacağına əmin olduqdan və aprelin 24-də 1915-ci il hadisələrinin ildönümü ilə bağlı Barak Obamanın öz çıxışında həmin hadisələrin soyqırımı kimi tanınmasından yan keçdiyindən sonra daxil edib. Dağlıq Qarabağ məsələsinə gəldikdə yüksək rütbəli Türkiyə diplomatı Ankaranın mövqeyini bir daha bildirərək deyib ki, Azərbaycanın 7 işğal edilmiş rayonundan ən azı 5-dən Ermənistanın çıxması irəliyə doğru böyük addım olardı. O, deyib ki, unutmaq lazım deyil ki, məhz Türkiyə-Ermənistan danışıqlarına görə Dağlıq Qarabağ məsələsi yenidən beynəlxalq birliyin gündəliyinə qayıtdı. Ötən həftə Praqada görüşən Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşü Sankt-Peterburqda keçirməyə razılaşıblar. Minsk Qrupu Praqada ciddi tərəqqinin müşahidə edildiyini bəyan edib, lakin Azərbaycan rəsmiləri bunu inkar ediblər. Türkiyəli diplomat Dağlıq Qarabağ danışıqlarının Türkiyə üçün mühüm olduğunu təsdiq edərək, eyni zamanda belə bur sual da qaldırır: "Amma Dağlıq Qarabağ münaqişəsinin həlli deyəndə nə nəzərdə tutulur? Referendumun bir neçə ildən sonra orada keçirilməsi mümkünlüyümü? Türkiyə ona qədər gözləməlidirmi?". Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesinin ləng getməsindən gileylənir. Yol xəritəsinin açıqlanmasından bir neçə həftə ötüb, amma o vaxtdan bəri heç bir addım atılmayıb. Ankara diplomatik əlaqələrin qurula biləcəyi və sərhədlərin açılması yolları üzrəində işləyir. Deyli Nyuzla müsahibədə diplomatik mənbələrdən biri deyib ki, "diplomatik əlaqələrin qurulması hökümətin qərarı ilə mümkün ola bilər. Bu qərarı parlamentə təqdim etmək artıq hökümətin işidir". Və bu qərarın rəsmən elan edilməsindən sonra hər iki tərəf səfirlərin təyin edilməsi prosesinə başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar