SON XƏBƏRLƏR

Zəncanlı şagird məktəbdə cəzalandırıldıqdan sonra dünyasını dəyişib

2025.10.03, 11:41
Zəncanlı şagird məktəbdə cəzalandırıldıqdan sonra dünyasını dəyişib

Zəncan vilayətinin Qarapüştülü rayonunun Səhrin kəndində 14 yaşlı şagird Nima Nəcəfi məktəb rəhbərliyi tərəfindən cəzalandırıldıqdan sonra ürəyi dayanıb və dünyasını dəyişib.

Gunaz.tv

Bu barədə “Didebane İran” saytı məlumat yayıb.

Sakinlərin bildirdiyinə görə məktəb rəhbərliyi şagirdi cəza olaraq həyətdə qaçmağa məcbur edilib.

Şagirdin əmisi bildirib ki, məktəbin kamera görüntülərinə görə, Nima həyətdə qaçıb və növbəyə durmaq istəyəndə özünü pis hiss edib və yerə yıxılıb. O, əlavə edib ki, Nima həmyaşıdları ilə müqayisədə artıq çəki idi və bu da ürəyin dayanmasına səbəb olub.

İran məktəblərində şagirdlərin cismani cəzalandırılması uzun müddətdir davam edən məsələdir və son illərdə bu barədə çoxlu xəbərlər dərc olunub.

Qeyd edək ki, Məktəb İntizam Məcəlləsinin 77-ci maddəsi təhqir, cismani cəza, ev tapşırığını cəza kimi təyin etmək kimi hər hansı cəza növünü qadağan edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar