SON XƏBƏRLƏR

Bakıda molla arvadını döyərək öldürüb

2021.10.20, 07:36
Bakıda molla arvadını döyərək öldürüb

Gunaz.tv
Bakıda molla arvadını döyərək öldürüb Qətldə şübhəli bilinən Cəlal Məmmədov saxlanılıb Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Rayonun A. Rzayev küçəsində 9 saylı evdə kirayə yaşayan 30 yaşlı Cəlal Məmmədov münaqişə zəminində həyat yoldaşı 21 yaşlı Aygün Quliyevanı qətlə yetirib. Qonşuların ANS PRESS-ə verdiyi məlumata görə, C. Məmmədov həyat yoldaşını dəmir boru ilə döyüb, qadın aldığı xəsarətlərdən mənzildə dünyasını dəyişib. Qonşuların sözlərinə görə, psixoloji pozğunluğu olan C. Məmədov mollalıq edirmiş. O, dəfələrlə həyat yoldaşını döydüyü üçün qonşular Cəlalın anasına bu barədə məlumat versələr də, valideyn buna əhəmiyyət verməyib. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, A. Quliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti bu gün saat 14.00 radələrində kirayə yaşadığı mənzildən tapılıb. Meyidin müayinə olunması üçün ekspertiza təyin olunub. Ekspert rəyindən sonra ölümün səbəbləri məlum olacaq. Qətli törətməkdə şübhəli bilinən C.Məmmədov bölmə əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar