SON XƏBƏRLƏR

İran adlanan yerdə bu il edam olanların sayı 100-ə yaxınlaşır

2021.10.20, 07:36
İran adlanan yerdə bu il edam olanların sayı 100-ə yaxınlaşır

Gunaz.tv
İran mətbuatının verdiyi məlumata əsasən may ayının 6-da ölkə paytaxtında 4 nəfər qətl törətdiklərinə görə edam olunub. Edam olunanlardan biri qadındır. Zeynab Nəzərzadə öz həyat yoldaşını çəkiclə qətlə yetirməkdə ittiham olunurdu. Digər tərəfdən Fars Xəbər Agentliyinin məlumatına görə də Kirman şəhərində 5 nəfər qaçaqmalçılıq ittihamı ilə edam olunub. Amma bu 5 nəfərin hansı tarixdə edam olunması ilə bağlı heç bir məlumat verilmir. Beləliklə bu ilin əvvəlindən indiyə qədər İranda edam olunanların sayı 94 nəfərə çatıb. Keçən il isə İranda 246 nəfər edam olunmuşdu. 2007-ci ildə İran 335 nəfər edam sayı ilə Çindən sonra ikinci yerdə tuturdu. İran rəsmiləri bildirir ki, edam cəzası ictimai həyatın təhlükəsizliyinə yardım edir. Qətl, zarakılıq, silahlı soyqun, adam oğurlama və qaçaqmalçılıq ittihamı daşıyan cinayətkarlar edamla cəzalandırılır. Həmçinin may ayının birində Dilara Darabi 17 yaşında atasının qohumlarından birini qətlə yetirməkdə ittiham olunaraq Rəşt məhkəməsinin qərarı ilə edam olunub. O 2003-ci ildən həbs olunub və yaşı az olduğuna görə indiyə qədər saxlanılmışdı. Onyn edamı ailəsinin və vəkillərin xəbəri olmadan yerinə yetirilmişdi. Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Təşkilatı Dilara Darabinin edam olunmasını İranda insan haqlarının kobud şəkildə pozulması kimi dəyərləndirərək bildirmişdi ki, “bu insan kəramətinə hörmətsizlikdir.” Beynəlxalq Əfv Təşkilatı da Dilaranın ölümünü uşaq hüquqları konvensiyasının maddələrinin kobud şəkildə pozulması kimi dəyərləndirib. Bu konvensiya cinayət işlədikdə 18 yaşdan az olan adamların edam olunmasını yasaqlayır. İranda Şirin İbadi və digər tanınmış vəkillərin təsis etdiyi İnsan Haqlarının Müdafiəsi Dərnəyinin raportlarında da İranda edam cəzası ciddi şəkildə tənqid olunur. İranda edam halları elan olunandan daha cox olsa da onların bir çoxu İran mətbuatına yansımır. Edam olunanların arasında az yaşlıların olması da beynalxalq və yerli insan haqları müdafiə təşkilatlarının ciddi narazılıqlarına və etirazlarına səbəb olub. Amma bütün bunlara baxmayaraq İranda edamlar hələ də davam etməkdədir. Bir çox hallarda bu edam hökmləri hakimlərin şəxsi qənaətindən və qərarından asılı olduğundan onların ədalətli olub olmaması şübhə altında olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar