SON XƏBƏRLƏR

ABŞ Ermənistana yardımı azaldır

2021.10.20, 07:36
ABŞ Ermənistana yardımı azaldır

Gunaz.tv
ABŞ Ermənistana yardımı azaldır Dağlıq Qarabağa humanitar yardımla bağlı maddə də layihəyə daxil edilməyib ABŞ administrasiyası Ermənistana maliyyə yardımının həcmini 2010-cu il üçün azaldıb. Amerika Erməniləri Assambleyasından PanARMENIAN.Net-ə bildirilib ki, büdcə layihəsində həmçinin Ermənistan və Azərbaycana hərbi yardımın verilməsində də tarazılıq pozulub. Xüsusilə ABŞ Administrasiyası 2010 xəzinə ilində Ermənistana 30 milyon dollar verəcək ki, bu da cari ildəki göstəricidən 18 milyon dollar azdır. Bundan başqa, Dağlıq Qarabağa humanitar yardımla bağlı maddə də layihəyə daxil edilməyib. Halbuki, 2009-cu ildə Konqresin qərarı ilə işğal olunmuş Dağlıq Qarabağa 8 milyon dollar humanitar yardım ayrılıb. Administrasiya 2010-cu ildə Ermənistana 3 milyon, Azərbayccana isə 4 milyon dollar təklif edir. Bu fərq isə ermənilərin hay-küy yaratmasına səbəb olub. Guya ki, 1 milyon dollarlıq fərq hərbi tarazılığı pozur. Proqram çərçivəsində hərbi təlimlər üçün Azərbaycana 900 min, Ermənistana isə 450 min dollar nəzərdə tutulur. “ABŞ-ın neft və qazdan milyardlar dollar qazanan ölkəyə maliyyə yardımını artırdığı halda, onu qonşu dövlət tərəfindən mühasirə vəziyyətində olan ölkəyə, Ermənistana azaltması əsla başa düşülən deyil»,-bu barədə Amerka Ermənləri Assambleyasının rəhbəri Brayan Arduni deyib. Arduninin sözlərinə görə, administrasiyanın bu təklifi Cənubi Qafqazda sabitliyin bərqarar olmasına xidmət etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar