SON XƏBƏRLƏR

Pakistanda 4 gündə 700 adam öldürüldü!

2021.10.20, 07:36
Pakistanda 4 gündə 700 adam öldürüldü!

Gunaz.tv
Pakistanda 4 gündə 700 adam öldürüldü! Pakistanın şimal-qərbindəki Svat Vadisini Taliban və Əl-Qaidə döyüşçülərindən "təmizləmək" istəyən ordunun, son 4 gündə 700 yaraqlını öldürdüyü bildirilib. Daxili İşlər Naziri Rəhman Malik, bundan sonra da Svat Vadisində əməliyyatın davam edəcəyini, yeni hava hücumları təşkil olunacağını söyləyib. Malik, cümə axşamı günü başlayan əməliyyatın tək bir yaraqlı qalmayıncaya qədər davam edəcəyini də bildirib. 15 min Pakistan əsgərinin 5 minə yaxın yaraqlıya qarşı keçirdiyi əməliyyatların şiddətli toqquşmalarla keçdiyi söylənilir. // Ceyhun Əyyubzadə, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar