SON XƏBƏRLƏR

Putin: Gürcüstanda NATO təlimləri geriyə atılmış addımdır

2021.10.20, 07:36
Putin: Gürcüstanda NATO təlimləri geriyə atılmış addımdır

Gunaz.tv
Putin: Gürcüstanda NATO təlimləri geriyə atılmış addımdır Vladimir Putin Rusiyanın baş naziri Vladimir Putin NATO-nun Gürcüstanda keçirdiyi təlimləri Amerika-Rusiya münasibətlərində geriləmə adlandırıb. Yaponiyanın kütləviya informasiya vasitələrinə bu ölkəyə edəcəyi səfər ərəfəsində verdiyi müsahibədə Vladimir Putin deyib ki, NATO-nun Gürcüstandakı hərbi təlimləri Rusiya ilə Amerika arasında münasibətlərin yenidən qurulması prosesini dayandıra bilər. Onun sözlərinə görə, bu münasibətlərin yenidən qurulmasını Risya yox, məhz Amerika Rusiyaya təklif edib, Rusiya da buna razılaşıb. "Əlbəttə, Rusiya da Amerika-Rusiya münasibətlərinin inkişafına yeni müsbət təkan verilməsini istəyir", - deyib V.Putin. Lakin Vladimir Putin heasb edir ki, Gürcüsnatda NATO-nun hərbi təlimləri tamam başqa istiqamətdə verilən bir siqnaldır. Onun sözlərinə görə, "Gürcüstanda bu gün baş verənləri hamı görür - nümayiçşiıər zorakılıqla dağıdılır, müxalifət fəalları yaralanıb, orada rezin güllələr işıədilib, siyasi məhbusların sayı artır, silahlı qüvvələr üsyan edir. Və belə bir şəraitdə hərbi təlimlər keçirlir". "Bu, hakim rejimin dəstəklənməsindən başqa cür başa düşülə bilməz", - deyib V.Putin, - "biz düşünürük ki, bu, geriyə atılmış addımdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar