SON XƏBƏRLƏR

Mixail Saakaşvili müxalifətlə danışıqlara razılaşıb

2021.10.20, 07:36
Mixail Saakaşvili müxalifətlə danışıqlara razılaşıb

Gunaz.tv
Mixail Saakaşvili müxalifətlə danışıqlara razılaşıb Mixail Saakaşvili Gürcüstan prezidenti Mixail Saakaşvili birbaşa danışıqlar barədə müxalifətin təklifinə razılaşıb. Onun istefası tələbləri ilə həftələrlə davam edən etirazlardan sonra müxalifət liderləri Prezident Saakaşvili ilə bazar ertəsi günü görüşəcəklər. Müxalifət onu keçən ilin avqust ayında Rusiya ilə münaqişəyə qatılmaqla vəziyyəti korlamaqda və demokratik hüquqları məhdudlaşdırmaqda ittiham edir. Çərşənbə axşamı Tbilisi yaxınlığındakı hərbi bazada baş vermiş qiyam yeni iğtişaşların mümkünlüyü barədə narahatlığı artırıb. Müxbirlər deyirlər ki, müxalifət partiyaları qoyduqları məqsədlər baxımından parçalanıblar - bəzi partiyalar islahatlar, digərləri isə Mixail Saakaşvilinin istefasını tələb edir. (Radikal müxalifət prezidentlə görüşəcək nümayəndə heyətini seçib. Qafqaz-Press xəbər verir ki, radikal müxalifət nümayəndələrindən danışıqlarda Gürcüstan uğrunda Alyansın rəhbəri İrakli Alasaniya, Levan Qaçeçiladze, Milli Forumun lideri Kaxa Şartava və Gürcastanın Yolu partiyasından Salome Zurabişvili iştirak edəcək. Azadlıq Uğrunda Forumun rəhbəri Konstantin Qamsaxurdia danışıqlarda iştirakdan imtina edib. O, deyib ki, ölkəni ağır vəziyyət həddinə çatdıran şəxslə görüşmək istəmir. Eyni məlumata əsasən, Mixail Saakaşvili bu müxalifət liderləri ilə bazar ertəsi, mayın 11-ndə yerli avxtla saat 14-də görüşməlidir. Danışıqların keçirələci yer hələ müəyyən edilir. Amma ilkin məlumata əsasən, bu görüş aeroport yolunda yerləşən Daxili İşlər Nazirliyinin yeni binasında baş tuta bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar