SON XƏBƏRLƏR

Metyu Brayza: "Prezidentlərin Sankt-Peterburq görüşü zamanı ciddi nəticə əldə oluna bilər"

2021.10.20, 07:36
Metyu Brayza: "Prezidentlərin Sankt-Peterburq görüşü zamanı ciddi nəticə əldə oluna bilər"

Gunaz.tv
Metyu Brayza: "Prezidentlərin Sankt-Peterburq görüşü zamanı ciddi nəticə əldə oluna bilər" ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bildirib ki, tərəflər tədricən mövqelərini yaxınlaşdırırlar "Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda dönüş nöqtəsi prezidentlərin Sankt-Peterburq görüşündə ola bilər". ATƏT-in Minks qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Metyu Brayza belə deyib. Onun sözlərinə görə, indi dövlət başçılarının qarşısında görüləsi çox iş var. "Amma tərəflər tədricən mövqelərini yaxınlaşdırırlar. İndi iki ölkə rəhbərliyi həlledici ana yaxındır və bir aydan sonra Sankt-Peterburqda keçiriləcək görüş zamanı ciddi nəticə əldə oluna bilər". Həmsədr həmçinin Rusiya və Amerikanın Qarabağ münaqişəsinin həllinə eyni cür yanaşdığını da qeyd edib. Onun fikrincə, problemin həllinin ATƏT-nin Minsk qrupu çərçivəsində davam etdirilməsi vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar