SON XƏBƏRLƏR

İLNA da Urmu gölündən yazdı- Əhali köçür

2025.10.08, 11:56
İLNA da Urmu gölündən yazdı- Əhali köçür

Urmiya gölünün quruması və su ehtiyatlarının tükənməsi səbəbindən ətrafdakı əkin sahələri məhv olub, fermerlərin güzəranı zəifləyib.

Gunaz.tv

Bunu İranın dövlət xəbər agentliyi İLNA yazıb.

"Yaranmış bu ekoloji vəziyyət bir çox fermerləri iş yerini dəyişməyə və köç etməyə məcbur edib",- agentlik əlavə edib.

Xəbər agentliyi Urmu gölünün qurumasının ekoloji fəlakət olmaqla yanaşı, bölgə əhalisinin sağlamlığını da birbaşa təhdid etdiyini vurulayıb.

Qeyd edək ki, maksimum 33, minimum 15 milyard kubmetr su tutumu olan Urmu gölü quruyub və hazırda göldə yalnız 200 milyon kibmetrə yaxın su qalıb.

 GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar