SON XƏBƏRLƏR

Təbrizin “TürkSoy” qrupu Dubay Beynəlxalq Musiqi Festivalının qalibi olub

2025.10.08, 12:16
Təbrizin “TürkSoy” qrupu Dubay Beynəlxalq Musiqi Festivalının qalibi olub

Təbrizli “TürkSoy” qrupu Dubayda ikinci “Mehr o Mah” Beynəlxalq Musiqi Festivalında birinci yerə layiq görülüb.

Gunaz.tv

Dünyanın müxtəlif ölkələrindən olan sənətçilərin iştirakı ilə keçirilən builki tədbirdə teatr, kino, musiqi kimi müxtəlif bölmələr yer alıb. Tədbirin musiqi bölməsində dünyanın müxtəlif yerlərindən 130-dan çox qrup iştirak edib və final mərhələsində “TürkSoy” qrupu birinci yerə layiq görülüb.

Qrup üzvlərindən biri, tarzən Araz Qasemi Sawpres-ə müsahibəsində öz təsüratlarını bölüşüb: “Biz Təbrizin layiqli təmsilçisi olmaq üçün əsl Azərbaycan muğam musiqisini yeni və beynəlxalq aranjimanlarla birləşdirməyə çalışdıq”.

Qrupun ifa etdiyi musiqilər Araz Qasemi və Rza Məhəmmədi (kamança ifaçısı) tərəfindən tərtib olunub və qrupun vokalçısı Məftun Səfərlidir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar