SON XƏBƏRLƏR

GÜL BAYRAMI ƏRƏFƏSİ HƏBSLƏR

2021.10.20, 07:36
GÜL BAYRAMI ƏRƏFƏSİ HƏBSLƏR

Gunaz.tv
GÜL BAYRAMI ƏRƏFƏSİ HƏBSLƏR Mayın 10-da bəzi gənclər təşkilatı və tələbələr gül bayramına etiraz aksiyası keçirəcəklər. Aksiya təşkilatçıları bayramı Neft Akademiyasında törədilmiş qanlı cinayətə qurban gedənlərin xatirəsinə hörmətsizlik sayırlar. Bayram düzənlənəcək yerdə – Heydər Əliyev adına sarayın qarşısındakı bağda keçiriləcəyi bildirilən aksiya ərəfəsi Bakıda gənclərin həbsi aparılır. Mayın 8-də dəmir yolu vağzalı yaxınlığında mülki geyimli şəxslər AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlını saxlayaraq maşınla naməlum istiqamətdə aparıblar. “Turan”ın məlumatına görə, bu gün o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati cəza alıb. “Turan”a açıqlama verən Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirib ki, mayın 8-də Əbülfəz Qurbanlıdan başqa gənc fəallar Elvin Dadaşov, Əhəd Məmmədli və Murad Kərimov da saxlanılıb. A.Səmədbəyli Müsavat gənclər təşkilatının sədri Tural Abbaslının dünən gecə saatlarında polisə aparıldığını, bu gün səhər isə daha bir neçə gəncin saxlandığını vurğulayıb.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar