SON XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyi bir çox xarici ölkədə qeyd olununb

2021.10.20, 07:36
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyi bir çox xarici ölkədə qeyd olununb

Gunaz.tv
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyi bir çox xarici ölkədə qeyd olununb Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyi bir çox xarici ölkədə qeyd olununb. Təntənəli tədbirlərə azərbaycanlılarla yanaşı, Heydər Əliyev irsini öyrənən əcnəbilər də qatılıb. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gəldi. 70-dən çox ölkədəki diaspor təşkilatlarımız Heydər Əliyev Fondunun dəstəyi ilə ulu öndərin irsini təbliğ edən müxtəlif tədbirlər keçirib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin Azərbaycanın Almaniyadakı səfirliyi ilə birgə təşkil etdiyi anım gecəsində ulu öndərə həsr olunmuş «Azərbaycan mədəniyyətinin hamisi» filmi nümayiş olunub. Tədbiri fərqləndirən cəhət görkəmli memar Ömər Eldarovun Heydər Əliyevin büstünün iştirakçıların diqqətinə təqdim edilməsi olub. Qardaş Türkiyədə isə Heydər Əliyev Fondunun və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə milli liderin doğum gününə həsr olunan silsilə tədbirlər keçirilib. Türkiyədə Heydər Əliyev parkına yığışanlar ulu öndərin xalqlar arasındakı bağlılığın əsasını qoymasını dilə gətiriblər. Səfir Zakir Həşimov bildirib ki, İzmir, Ceyhan və digər şəhərlərdə təşkil olunan tədbirlərdə nəinki Azərbaycan xalqının, bütün türk dünyasının böyük şəxsiyyətə olan sevgisi ifadə olunub. Ukraynada da analoji tədbirlər keçirilib. Ulu öndərin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 5 illiyi münasibətilə Rumıniyada keçirilən tədbirlər də maraqla qarşılanıb. Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən diaspor təşkilatları da milli liderimizin anadan olmasının 86-cı ildönümü münasibətilə keçirilən tədbirə böyük maraq göstəriblər. Amerika Birləşmiş Ştatları, İtaliya, Böyük Britaniya, Fransa və dünyanın digər ölkələrində də ulu öndər Heydər Əliyevlə bağlı müxtəlif tədbirlər keçirilib. Planetin müxtəlif şəhərlərində təşkil olunan mərasimlər əslində Azərbaycan xalqının dahi öndərə olan sevgisinin təcəssümüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar