SON XƏBƏRLƏR

Əhmədinejad daha bir müddətə prezident seçilmək istəyir

2021.10.20, 07:36
Əhmədinejad daha bir müddətə prezident seçilmək istəyir

Gunaz.tv
Tehran - APA. İranın dövlət başçısı Mahmud Əhmədinejad bu ilin iyun ayının 12-də ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd qismində iştirak etmək məqsədi ilə qeydiyyatdan keçib. APA-nın məlumatına görə, M.Əhmədinejad ilk dəfə 2005-ci ildə prezident seçilib və o, növbəti seçkilərdə də qalib gələcəyi təqdirdə daha 4 il ərzində ölkəyə başçılıq edəcək. İran qanunvericiliyinə əsasən, ölkə prezidenti ardıcıl olaraq yalnız iki müddətə seçilə bilər. Qeyd edək ki, 1997-ci ildən 2005-ci ilədək İrana başcılıq edən Məhəmməd Xatəmi bu ilin martında qarşıdakı seçkilər çərçivəsində namizədliyini geri götürüb. Son seçkilərdə M.Əhmədinejadın rəqibi ölkəyə 1989-1997-ci illərdə rəhbərlik edən Əkbər Xaşimi Rəfsəncani olub. Ötən ilin noyabr ayında İran parlamenti prezidentliyə namizədlərə qarşı irəli sürülən tələbləri sərtləşdirib. Belə ki, prezident vəzifəsinə 40-75 yaşında olan və magistr və ya ona uyğun olan elmi dərəcəyə malik olan İran vətəndaşları seçilə bilər. Bununla belə, namizədlər İslamın şiə təriqətinə mənsub olmalıdır

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar