SON XƏBƏRLƏR

9 MAY - GÜNEY AZƏRBAYCAN TƏLƏBƏ GÜNÜ

2021.10.20, 07:36
9 MAY - GÜNEY AZƏRBAYCAN TƏLƏBƏ GÜNÜ

Gunaz.tv
9 MAY - GÜNEY AZƏRBAYCAN TƏLƏBƏ GÜNÜ Böyük Rəsuloğlu: "İnsan kimi yaşamağınız ən böyük arzumdur" S.SOLTAN Neft Akademiyasında törədilmiş terror hadisəsi qurbanlarının xatirəsi Təbrizdə də anılıb. "Baybak"ın məlumatına görə, mərasim şəhərin iki ayrı-ayrı yerində keçirilib. Törən iştirakçıları terroru qınayaraq, bu qanlı hadisənin arxasında duranların açılmasını istəyiblər. Mərasim təşkilatçılarının əsasən tələbələr və gənclər olduğu bildirilir. Bu müdhiş olayı Güney Azərbaycan türkləri, eləcə də milli haqlar uğrunda mübarizə aparan bir sıra təşkilatlar da pisləyib və hadisə qurbanlarına rəhmət diləyiblər. Onlardan biri də Azərbaycan Milli Partiyasıdır. Qurum terroru qınamaqla yanaşı, bildirib ki, Güney Azərbaycanda tələbə günü qeyd olunacaq. Hər il olduğu kimi, azərbaycanlı tələbələr türk dili və torpaqlarının müstəqilliyinin göstəricisi olan 9-10 may hadisələrinin, habelə mayın 22-də baş vermiş məlum etiraz aksiyasının qeyd edilməsi törəninə hazırlaşırlar. Azərbaycanın tanınmış ziyalısı, hazırda mühacirətdə olan Böyük Rəsuloğlu Tələbə Günü ilə bağlı açıqlama yayaraq bildirib ki, Azərbaycan Milli Hərəkatı baxımından bu günün mayda qeyd edilməsi təsadüfi deyil, çünki hərəkatda bu ayda unudulmayacaq müsbət hadisələr baş verib. Onlardan biri, Güney Azərbaycanda çağımızın ən möhtəşəm dirçəliş hadisəsi mayın 22-də baş versə də, illər öncə Təbrizdə öyrəncilərin müqavimət hərəkatı da diqqət mərkəzindədir. Böyük Rəsuloğlu təklif edir ki, Azərbaycan Öyrənci Gününü həm güneyli, həm də quzeyli tələbələr birlikdə qeyd etsinlər. Bu hal millət üçün bir güc qaynağı, inam dalğası və güvən nişanəsi ola bilər. Bundan başqa, o istəyir ki, bu gün Azərbaycanın, özəlliklə Güney Azərbaycanın yalnız universitetlərində deyil, orta məktəblərində də bu gün bayram kimi keçirilməyə çalışılsın. "Yadellilərin qamçılarından, dilinizdəki qıfıl, qollarınızdakı qandal, ayaqlarınızdakı zəncirdən qurtulmağınız, bizlərin çəkdiyi acıları çəkməməyiniz, insan kimi yaşamağınız ən böyük arzumdur" - deyə Böyük Rəsuloğlu bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar