SON XƏBƏRLƏR

Iran adlanan yerin "Şəhriyar" adında mədəniyyət mərkəzi ustaliqla AZƏRBAYCANI təxrib edir..

2021.10.20, 07:36
Iran adlanan yerin "Şəhriyar" adında mədəniyyət mərkəzi ustaliqla AZƏRBAYCANI təxrib edir..

Gunaz.tv
“Şəhriyar” erməni qeyrətini təbliğ eləyir… Bakıda Azərbaycan əleyhinə kitab əl-əl gəzir Bakının Xətai rayonunda Iranın Şəhriyar adında mədəniyyət mərkəzi fəaliyyə göstərir. Şərhiryarçıların məqsəd məramı haqda geniş bilgili deyiləm. Bu günlərdə “Azadlıq” oxucularının biri mərkəzdən götürdüyü kitabı mənə verdi və “Qafqazın farsaca yazan şairləri” adlı bu kitabda Azərbaycan dövləti adına həqarətlər olduğunu söylədi. Inam yaxşı keyfiyyətdir, amma rus ataları demişkən, güvənməkdən əvvəl gərək adam yoxlaya. Kitab haqda deyilənləri isə yoxlamaq üçün laboratoriyaya filana ehtiyac yoxdur. Oxumaq lazımdır, “Qafqazın farsaca yazan şairləri” kitabını da oxudum. Kitabın müqəddiməsini yazan redaktor elə ustalıqla qələm işlədib ki, gəl görəsən.Iran və Azərbaycan arasında münasibətlərə toxunan redaktor narahatlıqla yazır ki, son vaxtlar qardaş dost xalqlar arasında düşmənçilik toxumu səpmək, əsrlər boyu birgə yaşamış xalqları bir-birinə qarşı qoymaq ənənəsi genişlənməkdədir: “Bunlardan ən barizi fars-türk qarşıdurmasıdır ki, yaranan mənfi münasibəti düşmənlərimizin ən böyük müvəffəqiyyəti hesab etmək olar”. Azərbaycanlılarla farsların Novruz, muğam, Şah Ismayıl kimi ortaq dəyərləri olduğunu qeyd edən redaktor Iran-Azərbaycan münasibətlərinin korlanmasına görə ABŞ-ın bostanına daş atır: “Bir qədər diqqətli olmalıyıq ki, okeanın o tayından durub gəlmiş əcnəbilər bizim üçün münasibət müəyyənləşdirməməlidir, biz dostumuzu və düşmənlərimizi yaxşı tanıyırıq”. Ön sözü insafən adam daha da fərəhlənir; insanlar, dövlətlər arasında sülhü, barışı, tolerantlığı təşviq etməkdən yaxşı nə ola bilər ki… Lakin, kitabın mustafasına bələd olanda vəziyyət kökündən dəyişir. Bəlli olur ki, 3 min tirajla bəlli olmayan nəşriyyatda çapa hazırlanan bu kitab azərbaycanlıları ələ salmaqdan başqa heç bir mahiyyət daşımır. Kitabın müəllifi Əziz Dövlət Abadidir. Müsəlman təqvimi ilə 1369 ildə yazılan bir kitab öz primitivliyi ilə yanaşı ciddi və məqsədli təhrifləri özündə cəmləyib. Məsələn, “Qafqazın əhalisi” bölümü altında verilən qeydlərdə oxuyuruq: “Qafqaz dünyanın çoxmillətli ərazilərindəndir. Əhalinin dil baxımından dörd qrupa bölmək olar: Hind, Avropa, türk və s. Birinci Dil qrupundan başqa bütün dil nümayəndələri bura köçüb gəlib, yerli əhali deyil”. Göründüyü kimi Əziz Dövlət Azərbaycan tarixçilərinin yaradıcılığına necə deyərlər bir quş qoyub, Azərbaycan türklərini burda qonaq sayır. Kitab heç nədən çəkinmədən, heç bir ciddi tarixi mənbəyə istinad etmədən iddia edir: “Qafqazın türk dilli əhalisi azərbacanlılardan ibarətdir ki, əslən Iran irqinə aiddirlər. Səlcuqların hakimiyyəti dövründə dilləri azəri türkcəsinə çevrilmişdir”. Ölmədik Iran irqi deyilən şeyi də eşitdik. Hələ bu azmış kimi Azərbaycan türklərinin bu irqin daşıyıcısından olmağı da. Şimali Azərbaycan əhalisi haqda müəllifin etdiyi qeydlər də ilgincdir. Sitat: “Şimali Azərbaycanın əhalisi 16% rus, 12% erməni qalanı isə Iran mədəniyyətindən olan şiə azərbaycanlılar təşkil edir”. Iran mədəniyyətli şiələr… ortada nə azərbaycanlılar var, nə türklər. Bax Şəhriyar mədəniyyət mərkəzinin təbliğ etdiyi mədəni dəyərlər bunlardır. ADR-nın yaranmasını da müəllif özünəməxsus formada şərh edib: “Çar dövlətinin süqutundan sonra müttəfiqlər onu işğal etdilər. Osmanlı ordusu 1918-ci ilin sentyabrında Bakını işğal etdi. Onun bütün ərazilərini, bütün türk dilli xalqını Iran azərbaycanlıları sakinlərinə oxşatdıqlarına görə, Azərbaycan adlandırdılar”. Kitabın Qarabağ bölümü altında tirajladığı fikirləri də oxuculara çatdırıb hələlik mövzuya nöqtə qoyaq: “Qarabağın əhalisi şiələr, ruslar və ermənilərdən ibarətdir. Ermənilərin milli və dövlət məktəblərini gördüm. Onların qeyrəti xoşuma gəldi”. Indi söz Azərbaycan mədəniyyət siyasətini həyata keçirilənlərindir: “Ermənilərin qeyrətinin xoşagələn olduğunu azərbaycanlılara təbliğ edildiyini görmürsünüz, yoxsa görmək istəmirsiniz?” S.Novruz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar