SON XƏBƏRLƏR

Əhmədinejadın dövrü başa çatıb

2021.10.20, 07:36
Əhmədinejadın dövrü başa çatıb

Gunaz.tv
Mehdi Kərrubi: "Onun düşünülməmiş yanlış siyasəti İrana çoxlu düşmən qazandırıb" Milli Etimad Partiyasının rəhbəri, prezidentliyə namizəd Mehdi Kərrubi Almaniyanın "Tags Şpigel" qəzetinə müsahibəsində İran prezidenti Mahmud Əhmədinejadın xarici siyasətini kəskin tənqid edərək onun dövrünün başa çatdığını deyib. O, Əhmədinejadın xarici siyasətdə çoxlu səhvlərə yol verdiyini vurğulayıb: "Əhmədinejadın düşünülməmiş yanlış siyasəti İrana çoxlu düşmən qazandırıb. O, bir prezident olaraq beynəlxalq qətnamələri necə "kağız parçası" adlandıra bilər? Turqut Əhmədinajadın dəfələrlə Xolokostu inkar etməsinə toxunan Mehdi Kərrubi deyib: "Xolokost baş vermiş böyük bir cinayətdir. Buna şübhəylə yanaşmaq düzgün deyil". Ancaq İranın nüvə texnologiyasına yiyələnməsini dəstəkləyən Milli Etimad Partiyasının rəhbəri bu məsələdə şəffaf davranmağın vacibliyini də vurğulayıb: "Əhmədinejadın bu məsələylə bağlı sərt çıxışları problemi olduqca mürəkkəbləşdirərək ABŞ-ın bizə qarşı mövqeyinin sərtləşməsinə gətirib çıxarıb. Nəticədə ABŞ Əhmədinejadın həmin ekstremist çıxışlarını bəhanə edərək İranı beynəlxalq aləmdən təcrid edərək küncə sıxışdırıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar