SON XƏBƏRLƏR

NƏRİMANOVUN ABİDƏSİ GÖTÜRÜLDÜ

2021.10.20, 07:36
NƏRİMANOVUN ABİDƏSİ GÖTÜRÜLDÜ

Gunaz.tv
NƏRİMANOVUN ABİDƏSİ GÖTÜRÜLDÜ “Nərimanov” metrostansiyasının üstündəki parkda yerləşən büstün yerində gül əkilib Bolşeviklərin abidələri bir-bir götürülür. Artıq sıra Nəriman Nərimanova da çatıb. Onun “Nərimanov” metrostansiyası yaxınlığındakı parkın ortasında olan abidəsi götürülüb. Abidənin yerində gül əkilib. Bu barədə məlumat verən əməkdaşımızın bildirdiyinə görə, abidənin götürülməsi və yerində gül əkilməsi ona görə indiyəcən diqqəti cəlb etməyib ki, söküntü-tikinti prosesi görünməz divarlar arxasında aparılıb. Bu hasar parkda aparılan təmir-tikinti işləri ilə əlaqədar quraşdırılıbmış. Dünən isə hasarlar söküləndə məlum olub ki, inqilabçı sovet xadiminin, görkəmli ədibin abidəsi əvvəlki yerində yoxdur. Abidənin postamentinin də sökülməsi və orada gül əkilməsi isə göstərir ki, büstün yerinə qaytarılmasından söhbət gedə bilməz. Xatırladaq ki, 10-15 gün öncə daha bir inqilabçının – Məşədi Əzizbəyovun da heykəli götürülmüşdü. musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar