SON XƏBƏRLƏR

Tehranın seçki oyunu . Cavidan Elbars

2021.10.20, 07:36
Tehranın seçki oyunu . Cavidan Elbars

Gunaz.tv
Tehranın seçki oyunu Yaxud molla rejimi əhalini sandıq başına gətirmək üçün nələrə əl atır? Cavidan Elbars Iyun ayının birinci yarısında Iranda keçiriləcək 10-cu dövr prezident seçkisi yaxınlaşdıqca hakimiyyət daxilində çaxnaşmalar, quruplaşmalar və “terrorist” ovu şiddətlənir. Tehran rejimi bütün dikator quruluşlara xas olan xüsusiyyətləri özündə cəmlədiyindən, seçkiyə təqribən bir ay yarım qalmış cəmiyyət arasında sabitliyin pozulacağı ilə bağlı şayiələr yayır. Hansısa xarici qüvvələrin bu seçkinin baş tutmaması üçün müxtəlif terror və təxribat planları hazırladıqları haqda xəbərlər uydurur. Bu günə kimi keçirilən 9 dövr prezident seçkiləri öncəsi oxşar bəyanatların səsləndiyini və xarici qüvvələrin bir neçə “təxribat planlarının ifşası”nı nəzərə aldıqda, hazırkı hay-küyün də hakimiyyət tərəfindən bəlli məqsədlər üçün qoparıldığı aydın olur. Hər dəfə belə baş tutmamış “terror” planlarının “ifşası”ndan sonra həbsxanalarda və ya bayırda olan və Ettelaat tərəfindən göz altı edilən çox sayda qurbanların cəsədləri ya “xarici düşmənlərin əl altısı” adı ilə dar ağaclarından asılır, ya da hansısa maşın qəzasında tanınmaz hala salınır, çayda boğdurulur, hansısa qayadan dərəyə yuvarladılır. Seçkiqabağı təxribat planının ifşası ilə bağlı bu tip uydurmalardan biri də “Tabnak” saytında yerləşdirilib. Qeyd etmək lazımdır ki, bu sayt Iran təhlükəsizlik qüvvələrinin qeyri-rəsmi orqanlarından biridir. Öncə “Baztab” adı ilə fəaliyyət göstərən sayt Islam Keşikçiləri Korpusunun keçmiş komandiri, dini lider Xameneyinin yaxınlarından sayılan və müxaliflərə qarşı qəddarlığı ilə seçilən Möhsün Rzayinin nəzarətindədir. Növbəti seçkiqabağı “çevriliş” şousu Saytın yaydığı xəbərə görə, 12 nəfərdən ibarət terrorçu dəstə təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirilərək həbs edilib. Şahlıq üsul-idarəsinin bərpasının tərəfdarı olduqları iddia edilən bu dəstənin seçki öncəsi Tehranda və bir sıra başqa böyük şəhərlərdə partlayışlar törətmək üçün Tehran ətrafında məşq etdikləri zaman yaxalandıqları bildirilir. Ötən il Şiraz şəhərinin mərkəzi məscidlərindən birində 14 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən partlayışın səbəbkarlarının da eyni dəstəyə bağlılıqları haqda saytda yazılır. Xatırlatmaq lazımdır ki, ötən il Şirazda baş verən partlayışın səbəbkarları kimi həbs edilənlərin hamısı qısa müddətdə mühakimə olunaraq edam edildilər. Ancaq bir çox xarici mətbuat orqanları, mütəxəssislər və rejimə müxalif cərəyanlar adı çəkilən partlayışın Tehran hakimiyyətinin özünün planı əsasında Ettalaat məmurları tərəfindən həyata keçirildiyini əsaslandırırdılar. Hadisədə günahkar bilinənlərin məhkəmələrinin qapalı keçməsi, məhkəmədən dərhal sonra bu şəxslərin tələsik öldürülmələri də deyilənlərin həqiqət olduğu haqda ehtimalları gücləndirir. Son tutuqlama ilə bağlı rejimin təhlükəsizlik naziri Möhsini Eceyinin də bəyanatı maraq doğurur. Nazir Ettelaatın keçirdiyi əməliyyatdan dərhal sonra açıqlama verərək həbs olunanların “seçki qabağı təxribatlar törətmək istəyən sionizm və başqa xarici dövlətlərə bağlı aldadılmış şəxslər” olduğunu bildirib. Eceyinin açıqlamasndakı “aldadılmış” ifadəsindən tutulanların yaxın günlərdə televizya ekranlarına çıxarılaraq bəlli ölkələri şərləyəcəkləri planının cızıldığı qənaətinə gəlmək olar. Iran hökuməti seçici passivliyindən narahatdır Bu günə kimi hər seçki qabağı çıxışarda namzədlər əhalini seçkiyə cəlb edib, seçici aktivliyin təmin etmək üçün müxtəlif vədlər verərək onların problemlərinin ən qısa zamanda həll ediləcəyi ilə bağlı çoxsaylı popolist şüarlar səsləndiriblər. Ancaq bütün bunların əksinə olaraq ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və problemlərin həlli ilə bağlı hiss olunacaq ciddi bir addım atılmayıb. Ölkədə yoxsulluq, narkamaniya, işsizlik və fahişəlik günü-gündən artaraq faciəli həddə çatıb. Artıq nüvə enerjisi həyəcanı da işə yaramır. Elə buna görədir ki, Rəfsəncani əhalinin seçkiyə münasibətindən qayğılanaraq Tehranda son cümə namazındakı çıxışında sandıq başına gələnlərin sayının nə qədər olamasından asılı olmayaraq bütün hallarda bir nəfəri prezident seçəcəklərin söyləyib. Bununla yanaşı səsverməyə qoyulan yaş həddinin yenidən aşığı salınaraq 18-dən 15-ə endirilməsi ilə bağlı məclisdə aparılan müzakirələr də hakimiyyətin seçki ilə bağlı narahatçılığından xəbər verir. Köhnə kadrlar niyə yada düşüb? Yeni kadrlar artıq o qədər də işə yaramadığından köhnə kadrlar yenidən gündəmə gətirilməkdədir. Bunlardan biri isə əslən Təbrizdən olan və 1989-cu ildə baş nazirlik postu ləğv edilənədək ölkənin baş naziri işləmiş Mirhüseyn Musəvidir. M.H.Musəvinin, Iran-Iraq müharibəsi dövrü insanların ərzaq təminatı ilə bağlı bir sıra addımlar atdığından dolayı hələ də cəmiyyət arasında nisbi nüfuza malik olduğu söylənilir. Təbiidir ki, belə olan təqdirdə həmin şəxsin seçkidə iştirakı az da olsa əhalinin seçkiyə marağına səbəb ola biləcək amildir. Ötən prezident seçkisində Əhmədinecadın rəqibi Islami Şura Məclisinin keçmiş sədri Mehdi Kərrubi ilə Musəvinin ortaq komitə yaratmaları da laqeydləşmiş əhalini bir təhər aktivləşdirməyə yənəlik cəhddir. Hər iki namizədin seçki qərargahlarının və onlara yaxın olan “Etimade Melli” qəzetinin aprelin 27-də yaydığı məlumata görə, iki namizədin yaratdığı ortaq komitənin işi təbliğat, əhalini bilgiləndirmə, səslərin sayılmasına və qorunmasına nəzarətdən ibarət olacaq. Nəzarət Şurası Əhmədinecada necə dəstək verir? Ancaq Əhmədinecadın namizədliyin dəstəkləyən və radikallıqları ilə tanınan 14 müxtəlif quruluş və təşkilat belə bir komitəni tanımayacaqları, onun fəaliyyətinə imkan verməyəcəkləri ilə bağlı sərt bəyanatlar yayıblar. Məsələdə həlledici rol oynayan Nəzarət Şurasının katibi Əhməd Cənnətinin də bu komitə ilə bağlı dedikləri diqqət çəkicidir. Ə.Cənnəti ölkənin anayasasında seçki ilə əlaqədar belə bir qurumun yaranması ilə bağlı heç bir maddənin nəzərdə tutulmadığın söyləyərək, bunu qeyri-qanuni adlandırıb. O bu hərəkəti bir sıra xarici dövlətlərin “yumuşaq çevriliş” etmək planlarının tərkib hissəsi adlandıraraq buna imkan verilməyəcəyin deyib. Onun çıxışı dolayısı ilə Əhmədinecadı dəstəklədiklərinə işarədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar