SON XƏBƏRLƏR

Böyük Rəsuloğlu "O bölgədə, özəlliklə Özbəkistandakı dəyərli səfirimizin fəaliyyətindən faydalanmağı bacarmalıyıq" . MÜSAHİBƏ

2021.10.20, 07:36
Böyük Rəsuloğlu "O bölgədə, özəlliklə Özbəkistandakı dəyərli səfirimizin fəaliyyətindən faydalanmağı bacarmalıyıq" . MÜSAHİBƏ

Gunaz.tv
Böyük Rəsuloğlu "O bölgədə, özəlliklə Özbəkistandakı dəyərli səfirimizin fəaliyyətindən faydalanmağı bacarmalıyıq" Bu gün Güney Azərbaycanda Milli Azadlıq hərəkatı və dünyada yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində görülən işlərlər bağlı sualların cavabını almaq üçün Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə milli aydınlarımızdan olan “Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə komitəsinin” fəallarından,hal-hazırda Norveçdə yaşayan Böyük Rəsuloğlunun müsahibəsi - Böyük bəy xöş gördük sizi bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatının istiqaməti və inkişaf dinamikası ilə bağlı fikirlərinizi oxucularımıza çatdırmağınızı istərdik. Hər şeydən öncə fikirlərimə ilgi göstərərək, zəhmət çəkib ünvan etdiyiniz və dəyərli suallara görə təşəkkür edirəm. Özəlliklə, gənclərimizin Azərbaycan problemləri ilə bu qədər yüksək səviyədə uğraşıb çalışmalarından sevincimi bildirmək istərdim. Sualınıza cavab vermədən öncə, işlətdiyiniz “ Güney Azərbaycan Milli Azadlıq Hərəkatı” ilə bağlı “Azərbaycan Milli hərəkatı” söyləminə münasibət bildirmək istərdim. Məlum olduğu kimi Güney Azərbaycanda aparılan fəaliyətin əsas yönü, BMT bəyannaməsi əsasında “ Milli müqəddərati Təyin” məsələsi olsada, burada çeşitli fikirlər, təkliflər və metodlar var. Bu çeşitliliyin bir arada göstərilməsi və “ Milliyətçi Hərəkət” ifadəsinin məfhumu nəzərdə alınaraq “Azərbaycan Milli Hərəkatı” adlandırılmış və müsbət nəticələrdə alınmışdır. Şübhə yoxdur ki, hər hansı bir təşkilatın adı söz qonusu olanda, misal üçün “ Güney Azərbaycan İstiqlal Təşkilatı” “ Azərbaycan Milli Azadlıq Təşkilatı” “Güney Azərbaycan Milli Birlik Şurası” və ya “ Azərbaycan Milli Cəbhəsi “ kimi adlar bəlli və tanınmış bir fikrin təmsilçisi olduğuna görə sakıncasızdır. Məsələyə başqa zaviədən baxanda, geçən əsr, özəlliklə kominizm düşüncəsi ilə azadlıq sevdasında olan xalqların silahli mübarizəsinə “Milli Azadlıq Hərəkatı” məfhumu verildiynə görə “ Milli Hərəkatımızın” önü, orta və ya sonuna hər hansı bir sözcüyün artırıldığında, ümum millilikdən çıxa biləcəyi düşünülməkdədir. Qaldıki, cənubi Azərbaycanda, dərin bilgiyə sahib olmuyan xalq, Azərbaycanın güneyi və ya quzeyi diyə bir anlayışla tanış deyil. Onlar, Azərbaycan məfuhumunu parçalanmamış bir bütöv kimi anlar. Onun üçündür ki, Güney Azərbaycandan Quzeyə gəlmək istəyən xalq” Bakıya” gedirəm diyər. Bütün bunları nəzərdə alaraq “Azərbaycan Milli Hərəkatı”anlayışı təqdirə layiqdir. “Azərbaycan Milli Hərəkatı”nın inkişaf və dinamikasi ilə bağlı, gənc yaşlarımdan bir misal gətirərək, sizi, gənclərimizi və millətimizin qayğısını çəkən bütün soydaşlarımızı, gələcəyə ümidlə baxmağa çağırmağa çalışacağam. “ 1972- də, Güney Azərbaycanın istiqlalı, böyük Azərbaycan yaratmaq(o zaman bütöv Azərbaycan söyləmi Güneydə yox idi) təşəbbüsü yolunda təbliqat və pantürkist ittihamları ilə saxlandığımız Şahın zindanlarından azad olan 5-6 gəncidik. Çoxu ali təhsilli olan bu gənclərlə qərara gəlmişdik ki, harda işləməyimizdən asılı olmuyaraq, hər il bahar bayramı günlərində Güney Azərbaycanın bir şəhərində olan hər hansı bir fikirdaşımızın evində toplaşıb, həm milli mədəniyətimiz çərçivəsində bayram edək, həm fəaliyətlərimizi müzakirə edək, həmdə milli məsələlərimizi dartışaq. 1975- də püşk Urmuya düşdüyündə, oradakı bir dostumuzun evi Şix təpəsi deyilən bir yerdə olduğuna görə oraya toplaşmağa qərar verdik. Bunu, birdə ona görə etdik ki, o zaman o bölgədə Bakı televizyonu tutulurdu, ondan istifadə edək. O müzakirələr ümumiyətlə 5-6 gün dəvam edərdi. Bir gün, İranda aparılan asimilasyon siyasətlərinin acılarından danışarkən, dostlardan biri dediki, çox nigaran olmayın, mən geçən gün Urmunun Hüseynabad küçəsindən geçirdim, uşaqlar oynarkən ana dilində danışırdılar, demək ki hələ heç olmasa 70 il yaşıyacayıq”. İndi siz, o gün ilə bu günü müqayisə edin, həmin Urmuda 22 may 2006-da 200 min türk balasının şəhər meydanlarında “ haray haray, mən Türkəm” şuarlarına qulaq asın. O bölgədə və Güney Azərbaycanın bütün tarixi topraqlarında, özəlliklə gənclərimizin yaratdığı yıxılmaz mübarizə qalalarının ətrafında sinələrini qalxan edən fədailərimizə baxın. Fars şovinizminin utmuş hesab etdiyi zəncan vilayətinin, Həmədanın, Qum və Savənin milli fəallarının biləyini bükəcək güc təsəvvür ediləməz. 40 ildə bu səviyəyə ulaşan inkşaf, modern teknolojidən faydalanaraq, artan nisbətlərdə artan dinamizmi, heç bir dəyər ölçüsü ilə ölçmək mümkün deyil. Onun üçündür ki, tam inamla demək mümkündür” gələcək bizimdir”. - Bəzən biz eşidirik ki, Güney Azərbaycan məsələsi ilə bağlı vahid konseptual fikir yoxdur. Ancaq bu ideya ilə razılaşmayan ziyalarımızda var. Siz neçə illərdir ki,Güney Azərbaycanın azadlığı uğrunda mücadilə aparırsınız doğrundamı bu gün Güney Azərbaycan hərəkatında vahid konseptual fikir yoxdur? Bütün siyası-ictimai hərəkətlərdə olduğu kimi bizimdə özünə xas çatışmamazlıqlarımız var. Mən çalışmışam bu dərdləri açıq söyləmədən uzaq duram. Amma, təcrübə göstərib ki, hərəkətə ziyan vermiyəcək qədər bunların açılması vacibdir. Həmən qeyd eləməliyəm ki, milli dövləti olmuyan, ana dilində təhsil almıyan, milli tərbiyət görmüyən, bütün milli varlığı talanmış, tarixi təhrif olunmuş, təhqirlərə məruz qalmış, iqtisadiyatı batmış, qollarında zəncir yaralarından qan axan bir millətin durumu nə ola bilər. Son zamanlara qədər insanlarımızın böyük bir bölümü farsçılıq təbliqatına inanmış, rusçu kominizim batlağında xırxıraya qədər quylanmış, mənliyini gizlədəcək dərəcədə Türklüyünü inkar etmək durumdaydı. Bu şəraitdə böyümüş insanların beyin yarıqlarından bu düyünləri açmaq çoxda asan deyil və olmuyacaqdır. Onun üçündür ki, davamlı yazıb söylədiyim kimi bütün ümidlərimiz cavanlarımızadır. Bu qaranlıqdan qurtulmağa çalışan insanların, gözünə dəyən hər hansı bir işıqlı bacaya hücum edərək onu tıxamasıda məncə normaldır. Ancaq Quzey Azərbaycana açılan pəncərələrdən saçılan işığın parıldısı, o xırda bacalarınkı ilə qarışanda, ümid qaynağına dönüşür. Bütün bu müsbət və mənfi görüntülərə baxmıyaraq xoşbəxtlikdan Güney Azərbaycanda aparılan mübarizə, öz qaydalarına uygun olaraq bir konsept ilə yürüməkdədir. Axsaqlıqları olsa da milli mənafemizi təmin yolunda “ Azərbaycan Mərkəzli Düşüncə Sistemi” daxilində müxtəlif qanadları, ayrı ayrılıqda qurtuluş körpüsünə doğru uçur. Bugün, özəlliklə Güney Azərbaycanın gənc nəslində yetişən teorisyənlərin yaratdığı nəzəriyələr fars şovinizminin 80 illik quraşdırdığı cəhalət qalasını söküb dağıdır. Buda aydındır ki, bütün fikir və düşüncələri bir qazanda qaynadıb bir birinə toxumaq mümkün deyil. Ancaq bu fikir dairələrinin “ türklük mehvəri ətrafında fırlanan Azərbaycançılıq “ qalasında yer alması, özəlliklə May dirçəlişindəki”haray haray, mən Türkəm” şuarından sonra daha da dərinləşmişdir. - Yaşadığınız Avropada Güney Azərbaycan Milli Azadlıq hərəkatına nəzər saldıqda proseslər neçə görsənir? Bəlli səbəblər üzündən Avropada Azərbaycan adı bir neçə il bundan öncəyə qədər eşidilmədiyinə görə, tarixçı alim və araşdırmaçılar xaricində tanınmamışdı. Özəlliklə iranda bəlli siyasətlər güdən İngiltərənin dəstəyi ilə yaradılan İran tarixi, bir yandan bölgəyə yanlış geçmiş düzəltdi, bir yandan da Güney azərbaycanlıları özlüyündən uzaqlaşdırdı. İnsanın zati xislətində olan güc mərkəzinə meyillilik hissi, o zaman Avropada olan azərbaycanlıları, ancaq fars şovinizminə xidmətə sürütlədi. İş o yerə çatdı ki, farsçılığın yeni dalğasını yaratmaq üçün Avropada yaşayan üzdən iraq azərbaycanlı aydınlar öncüllük etdi. Almanyada yaşıyan Güneyli “ Ərani” kimilər, Hitler sayağı fars irqçılığının təbliqatçıları oldu, Tağızadə kimi güneylilərlə fars şovinizmini dirçəldib, Türklüklərindən utandıqlarını belə dilə gətirdilər. Şimali Azərbaycanda demokratik cumhuriyyət yıxılandan sonrakı durum, hamıya aydın olduğuna görə bu barədə sözü uzaldıb vaxt almaq isəmirəm. Bu və buna bənzər səbəblər üzündən “ Azərbaycan həqiqətləri” Avropa və dünyaya ancaq son 20 ildə çata bilmişdir. Avropada yaşayan bəzi güney azərbaycanlılar, rasizmin başlarına gətirdiyini başa düşəndən sonra, həqiqətən bu barədə dəyərli işlər görüblər. Qısa zaman kəsiyində artıq səsimiz dünyanın qulağına çatır və Şimali Azərbaycanın dünyadakı mövqeyi, güney Azərbaycanında tanınmasında müsbət rol oynayır. Həqəiqət budur ki, özümüzdən tənqidi unutmamaq şərti ilə diyə bilərərm ki, Güney Azərbaycan məsələsi bugün yavaş-yavaş avrupa və dünyanın gündəminə oturur. Ancaq, var olan potansiyalimizlə ölçüldüyündə, daha iri addımların atılma vacibliyi unudulmamalıdır. - Norvec hökümətinin Güney Azərbaycan məsələsində baxışını bilmək istərdik və oranın siyasi kuluarları İranda 35 milyondan cox azərbaycan türkünün yaşadığları haqqında məlumatladırlarmı? Yuxarıda da qeyd etdiyim kimi Azərbaycan və özəlliklə Güney Azərbaycan məsələsi yeni gündəmə gəldiyinə görə geniş tanıtım yoxdur. Ancaq, burada yaşayan soydaşlarımızın fəaliyyətləri, özəlliklə son illərdəki çalışmalar öz bəhrəsini verir. Bildiyiniz kimi bu barədə hər şeydən öncə bir millətin var olduğunu bildirmək lazimdir. Bunun tarixi bilgilərə dayanmaqla birlikdə ən doğru metodu mədəniyətimizin tanıtması ilə həyata geçməsi çox müsbət nəticələr verir. Mən, 2004- də buraya gələndə yaşadığım şəhərdə kimsə Azərbaycanı tanımırdı. Yanımda olan, əziz Berliyan xanimin, kor halında oxuduğu Azərbaycan və Norveçcə CD-sini çoxaldıb xalq arasında yaydıqdan sonra maraqlar çoxaldı. O zaman, Norveç dilimin çox zəyif olmasına baxmıyaraq bu dildə” Azərbaycanda bahar bayramı” adı ilə bir yazı yazıb, yaydıqdan sonra, müsbət təsirləri gözə çarpırdı. Bizlərin şəxsi görə biləcəyimiz bu kiçik işlərin yanında Azərbaycan dövləti tərəfindən görülən böyük işlər daha çox faydalı ola bilir. Üç gün öncə İsveçin Stokholm şəhərində səfirlik tərəfindən geçirilən möhtəşəm Azərbaycan konserti burada bomba kimi patladı. Yüz ildən artıq opera balet teatrimizi, 500 il öncə Füzulinin Leyli Məcnun “Məhəbbət Hekayəti şeirlərin, ilk demokratik cumhuriyət qurduğmuzu, 80 il öncə qadınlarımıza seçmə- seçilmə haqqı tanıdığımızı eşidən bunlar əlbəttəki Azərbaycan həqiqətləri ilə ilgilənirlər. Şəxslər əlindən gələni etsədə, dövlət səviyəsində aparılacaq tanıtım özəlliklə “ Heydər Əliyev” fondunun fəaliyətlərinə böyük ümid bağlanmışdır. Bu ifadələrlə anlatmaq istədiyim” Güney Azərbaycan hərəkatına bu dövlətlərin baxış zaviyəsini genişləndirirkən, aparılan tanıtımı, Quzey Azərbaycandan ayırmaq mümkün deyil” anlayışını söyləməkdir. Yuxarıda qeyd etdiklərimi bəziləri verilən sualla əlaqəsizliyini düşünə bilər. Ancaq, məncə bu məsələlərin hamısının bir- biri ilə ilgisi inkar edilməzdir, öncə özünü tanıtdırmalısanki, sonra düyünlərin necə açılmasını axdarasan. Ona görə vurqulamaq lazimdir ki, son bir iki ildə Güney Azərbaycan məsələsi ilə bağlı Norveçdə gözəl addımlar atılıb. Helsinki insan haqları quruluşu ilə müzakirələr aparıldığı kimi iki dönə geniş toplantımız geçirilmişdir. Millət vəkillərinində iştirak etdiyi bəzi dinləmələrdə güneylilərdə iştirak etmişdir. Oslodakı dostlrımız, çeşitli münasibətlərə görə milli məclis qarşısında vəya başqa uygun yerlərdə sərgilər tərtib etmişlər. Qazetlərdə yazılar dərc olunmuş, müxtəlif söz sahibləri ilə müzakirələr aparılmışdır. Bunların hamısı gələcəkdə atılacaq böyük addılmlara bir başlangıc olaraq ümidimizi artırmaqdadır. Şübhə yoxdur ki, bu işlər Güney Azərbaycan probləminin dövlət səviyəsində anlaşılmasına müsbət təsir göstərməkdədir. - Bu gün Erməni diasporasının Norvecdə fəaliyyəti hiss olunurmu? İki il öncə Norveç-dəki televizyon kanallarından birində “Azərbaycan” haqqında bir saatlıq xoşa gəlməz veriliş ekrana çıxdı. Bakı-nın gözəlliklərindən, milli mədəniyətimizdən, tarixi dəyərlərimizdən, geçən 4-5 ildəki milli gəlirin artımı nəticəsində xalqın yaşayış səviyəsindəki yüksəliş və sairdən o verilişdə zərrəcə əsər yox idi. Tam tərsinə, Bakı- da bəzi qədim məhəllələrdəki yıxıq və sınıq-salxaq evləri göstərərk, müxalifətdə olan bəzi insanlarla tənqidi musahibələr, o zaman Qarabağ müharibəsi haqqında milli hislərimizi incidən bir yazıya görə məhkəmə edilib, tutsaqlanan bir jurnalistdən, yaşam sıxıntısı olanları və buna bənzər mənfi imac yaradacaq məsələləri ortaya ataraq, anti Azərbaycan bir görüntü yaradılmışdı. O verilişdən sonra bəzi norveçli tanışlarım zəng açaraq, görüşlərini bildirirkən, təsir altında qaldıqlarını hiss edirdim. Şimali Azərbaycan cümhuriyətində hər şeyin tam qaydasında olmadığını bilən, ancaq, böyük və dəyərli addımların da atıldığını görərək sevinən və özəlliklə son illərdəki inkişafin, dost- düşmən tərəfindən inkar ediləmiyəcək qədər parlaqlığını anlıyan bir soydaş kimi bu veriliş məni və buradakı bir çox dostumuzu incidirdi. O verlişə azərbaycanlıların geniş etirazi nəticəsində, o TV bizlərdən rəsmi üzr istəməsinə baxmıyaraq bu verilişin qaynağını öyrənməyə çalışdıq. Təəssüflə, işin içində Erməni əli olduğunu anladıq və ilgli yerlərə məsələ ilə bağlı bilgilər verildi. Məhəmməd əmin Rəsulzadənin fikirləri, kitab və yazıları ilə gəncliyimdən tanış olduğuma görə onun bir sözü davamlı xatirimdədir. O ömrünün son çağlarında fikridaşlarına tövsiyə edirdi ki” Türkiyədə iqtidar müxalifət” məsələsinə qoşulmaq Azərbaycan davasına zərər verər. Bu fikirin, Şİmali Azərbaycanda, biz Güneylilər üçündə geçərli olduğunu anladığıma görə, oranın daxili siyasətinə heç zaman qarışmadım, fikir söyləmədim. Ancaq, yuxarıda adını çəkdiyim TV verilişində bəzi məqamlar, ürəyimi çox sıxdı. Ona görə bu barədə bir yazı yazaraq, anti Azərbaycan qüvvələrin, özəlliklə Erməni quldurluğunun qarşısında dayanmaq üçün Güney Azərbaycanla birlikdə Şimali Azərbaycanın iqtidar və müxalifətinin də məqamına toxunduğuma görə burada sözü uzatmıram. Sadəcə bunu artıra bilərəm ki, biz burada gücləndikcə ədalət tərəzisinin gözü ağır basmağa başlayır. - Amma görünən odur ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanırlar buda müsbət bir haldır. Artıq onun nəticələri hiss edilməkdədir. Siz avropada yaşayırsınız hansı addımlar atılmalıdır ki, diasporamızın daha da güclü və təsir imkanları geniş olsun. Təsadüfən, yuxarıda anlatdığım məqalədə diaspora haqqında da fikir söyləyərək, dövlət və millətin əl-ələ verib bu işi daha doğru yürüdəbiləcəyinə toxunmuşam. 0 zaman dövlət komitəsindən tənqidlərimə baxmıyaraq, getdikcə daha verimli çalışmalarının da gözə çarpdığı inkar edilməzdir, buna sevinməmək olmaz. Göründüyü kimi xaricdə yaşayan azərbaycanlılar da son zamanlar təşkilatlanmağa doğru addımlar atır. Bir yandan Güney məsələsi ilə bağlı Cənubi azərbaycanlılar təşkilatlanmağa çabalarkən, bir yandan da bütöv azərbaycanlılar diaspora məsələsində görkəmli addımlar atır. Fikrimcə zaman bizim xeyrimizə işləyir, ancaq çatışmıyan cəhətlərimizidə davamlı dilə gətirərək düyünlərimizin açılmasına çalışmağımız daha müsbət nəticə verəbilər məncə. Hansı addımların atılmasına gəldikdə isə, son iki ildə atılan addımların müsbət nəticəsi göstərir ki, gənc olmasına baxmıyaraq hərəkətimiz düzgün çizgi üzərində yeriməkdədir. Türkiyə Azərbaycan diasporasının birlikdə çalışma mekanizminin işə başlaması çox əhəmiyətli bir məsələdir. Ancaq, söz ilə əməl arasında tənasüb olmasa, bu bütün millətimizə ziyanlı olar, inam itər. Bu barədə Türkiyədə son zamanlar baş verənlərə diqqət çəkmək istəyirəm. Bəzi olumsuz davranışlara qarşı Azərbaycan və Türkiyə xalqlarının, özəlliklə milli quvvələrin məntiq dairəsində, birlikdə fəaliyətlərinin müsbət nəticələri bizə ülgü olabilər. Bu barədə özəlliklə dünya azərbaycanlılarının düzgün davranışları, bağlanmaqda olan düyünün yumuşaq açılmasına gətirib çıxarması ilə birlikdə iki dövlət arasında gərginliyə yol verilməməsi və millətimizin bir istiqamətdə yeriməsi düşüncə xəttimizin inkişaf dərəcəsini göstərir. Bu təbliğat türküstandakı türk dövlətləri ilə də yürüdülməyə başlarsa böyük başarılara imza atmış olacayıq. O bölgədə, özəlliklə Özbəkistandakı dəyərli səfirimizin fəaliyyətindən faydalanmağı bacarmalıyıq. Bu fikirlərlə söyləmək istəyirəm ki “ bu mürəkkəb siyasətlərin at oynatdığı, təbliğat və təşviqat meydanındakı oyunda uduzmamaq üçün, bütün Türk dövlət və millətlərinin əl-ələ verərək mənəvi yaxınlaşmağa ehtiyacı var”. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar