SON XƏBƏRLƏR

Urmiyalılardan mühacirlərə açıq mesaj; Urmiya Azərbaycan türk millətinin qırmızı xəttidir

2025.10.14, 12:14
Urmiyalılardan mühacirlərə açıq mesaj; Urmiya Azərbaycan türk millətinin qırmızı xəttidir

2025-cü il oktyabrın 13-ü Urmiyanın Doxsan futbol komandası ilə Mazandaranın Nesaci komandası arasında keçirilən oyunda minlərlə urmiyalı azarkeş Urmiya (Şəhid Bəkri) stadionuna toplaşaraq, Azərbaycan türk millətinin qırmızı xətləri və milli maraqları barədə açıq mesajını hər kəsə çatdırıb.

Gunaz.tv

Bu toplantı xalqın ötən həftə eyni stadionda baş verən hadisələrə cavab olaraq təşkil edilib.

Xatırladaq ki, həmin vaxt başqa şəhərlərdən stadiona gətirilən bəzi kürd mühacirlər Hurspor və Naft Məscid Soliman arasında keçirilən oyunda bəzi şişirdilmiş şüarlar səsləndiriblər.

Dünən baş tutan qarşılaşmada isə urmiyalılar açıq mesajla çıxış ediblər: Azərbaycan türk xalqının kimliyi, torpağı, milli maraqları bizim qırmızı xəttimizdir və heç bir halda onun təhrif edilməsinə imkan verməyəcəyik.

Oyun zamanı azarkeşlər, "Urmiya Türkündür, Türkün qalacaq", "Ölüm olsun PJAK-a", "nə mutlu Türkəm deyənə" və başqa bu kimi şuarlar səsləndiriblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar