SON XƏBƏRLƏR

Elmar Məmmədyarov: "Prezidentlərin Praqa görüşündə irəliləyiş əldə olunmayıb"

2021.10.20, 07:36
Elmar Məmmədyarov: "Prezidentlərin Praqa görüşündə irəliləyiş əldə olunmayıb"

Gunaz.tv
Elmar Məmmədyarov: "Prezidentlərin Praqa görüşündə irəliləyiş əldə olunmayıb" "Əfsuslar olsun ki, ermənilər bu dəfə də hansısa konstruktivlik göstərmədilər" "Əfsuslar olsun ki, Azərbaycan və Ermənistan prezidentlərin Praqa görüşündə irəliləyiş əldə olunmadı". ANS PRESS-in məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib. “Deyə bilmərəm ki, hansısa irəliləyiş əldə olunub, danışıqlar davam etdirilməlidir. Praqa görüşündə mürəkkkəb məsələlər müzakirə olundu, amma əfsuslar olsun ki, ermənilər bu dəfə də hansısa konstruktivlik göstərmədilər”, deyə E.Məmmədyarov qeyd edib. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi erməni qoşunlarının tezliklə işğal edilmiş torpaqlardan çıxmasını, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını istəyir və müzakirələr bu prinsiplər əsasında davam etdirilir. Prezidentlərin növbəti görüşünə gəlincə, E. Məmmədyarov bildirib ki, iyunun əvvəlində Sankt-Peterburqda iqtisadi sammit çərcivəsində prezidentlərin görüşü planlaşdırılır. Amma bundan əvvəl çox güman ki, həmsədrlər regiona səfər edəcəklər və lazım olsa, xarici işlər nazirlərinin görüşü keçiriləcək. "Hər şey həmsədrlərin regiona səfərindən sonra məlum olacaq”, deyə nazir vurğulayıb. ABŞ dövlət katibi Hillari Klintonla görüşünə toxunan nazir bildirib ki, regionda ABŞ, Rusiya və Avropa Birliyinin rolu yüksəkdir. "Amma əlbəttə ki, ABŞ bu istiqamətdə köməklik göstərsə, hansısa irəliləyişə nail olarıq. Əfsuslar olsun ki, sonuncu Praqa görüşündə buna nail olmadıq”, deyə E. Məmmədyarov bildirib. “Xanım Klintonla görüşdə Dağlıq Qarabağ və enerji məsələlərinə toxunmuşuq. Görüş zamanı Klinton bildirdi ki, regionda və ilk növbədə Ermənistan və Azərbaycan arasında sülh və sabitliyin yaranması üçün əlindən gələni etmək istəyir. Bu, çox vacib bəyanatdır”, deyə nazir qeyd edib. Prezident İlham Əliyev və Serj Sarkisyanın sayca 4-cü görüşü Praqada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" sammiti zamanı mayın 7-si baş tutub. Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2009-cu il yanvarın 28-də Sürixdə baş tutub. İlk görüş 2008-ci ilin iyununda Sank-Peterburqda, ikinci görüş isə 2008-ci il noyabrının sonlarında Moskvada keçirilib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar