SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN 11-İ QADINDIR

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN 11-İ QADINDIR

Gunaz.tv
PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN 11-İ QADINDIR İranda iyunun 12-də keçiriləcək prezident seçkisində namizəd kimi iştirak üçün 172 nəfər müraciət edib Bunların 11-i qadındır. İranın 10-cu prezidenti olmaq uğrunda mübarizə üçün vətəndaşlar öz namizədliklərini mayın 9-dək irəli sürə bilər. Konstitusiyanın Müdafiəsi Şurasının məlumatına əsasən, bu şəxslərin prezidentliyə nə dərəcədə yararlı olub-olmamaları və dövlət başçısı vəzifəsini icra edib-etməyəcəkləri ilə bağlı müzakirələr mayın 9-14 tarixləri arasında keçiriləcək. Mayın 20-dək araşdıramaları davam etdirəcək Şura bir gün sonra namizədlərin rəsmi siyahısını açıqlayacaq. Seçkiqabağı təşviqat kampaniyasına isə mayın 22-dən start veriləcək və təbliğat iyunun 10-dək davam edəcək. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar