SON XƏBƏRLƏR

Həmədanda iraqlı tələbələrə etiraz edən bəzi tələbələr həbs edilib

2025.10.15, 12:12
Həmədanda iraqlı tələbələrə etiraz edən bəzi tələbələr həbs edilib

Əmirkəbir tələbə xəbər agentliyi Həmədan universitetlərindən bir neçə tələbənin İraqlı tələbələrin təzyiqinə etiraz etdikləri üçün İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini və zorakılıqla rəftar edildiyini bildirib.

Gunaz.tv

Hesabatda bildirilir ki, saxlanılanlarla yanaşı etiraz edən vətəndaşlara qarşı da zorakılıq tətbiq edilib.

Həmədanlı tələbələrin etirazlarından sonra İraq Dağları xəbər saytı Seyf Səddam Hüseyn adlı iraqlı tələbənin Həmədan Universitetində bir qız tələbəni təhqir etdiyini təsdiqləyib.

Son illərdə İraq milis qruplarına bağlı xeyli sayda tələbə hökumətin təqaüd proqramları vasitəsilə İran universitetlərində təhsil alır və onların Urmiya və Təbriz şəhərlərində olması da son həftələrdə etirazlara səbəb olub

 

C.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar