SON XƏBƏRLƏR

Fotbool maçın Baxdıqı üçün 7 Milli Fəala 6 ay həps cəzası kəsilib

2021.10.20, 07:36
Fotbool maçın Baxdıqı üçün 7 Milli Fəala 6 ay həps cəzası kəsilib

Gunaz.tv
Fotbool maçın Baxdıqı üçün 7 Milli Fəala 6 ay həps cəzası kəsilib 2008-ci ilin sentyabrında keçirilən futbol turnirindən sonra həbsə atılmış Güney Azərbaycan Milli Hərəkatının fəalları barədə hökm çıxarılıb. bunlar Yavər Şərifi (orta məktəb şagirdi), Səid Mahmudi, Məhəmməd Şərifi, Səid Rəsulpur, Muctaba Kəhriz, Qulamrza Damənə və Əli Əkbəridir. Onlar bölücülükdə, Quzey Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlui bayrağını qaldırmaqda suçlandırılır. Urmiya İnqilab Məhkəməsi onların hər birinə 6 ay həbs və 30 şallaq cəzası kəsib. Qeyd edək ki, yarışda Quzey Azərbaycan Respublikasından, Türkiyə, İraq və İran adlanan yerdən futbol komandaları iştirak edib. Məhkəməyə çağırılan urmiyalılar yarışlarda Quzey Azərbaycan Respublikasının komandasına dəstək verərək, Azərbaycanın üçrəngli dövlət bayrağını qaldırıblar, eyni zamanda Güney Azərbaycan türklərinin milli hüquqları ilə bağlı şüarlar səsləndiriblər. Həmin vaxt Yavər Şərifi, Səid Mahmudi, Məhəmməd Şərifi, Səid Rəsulpur, Muctaba Kəhriz, Qulamrza Damənə və Əli Əkbəri tutulsalar da, sonradan müvəqqəti azadlığa buraxılmışdılar.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar