SON XƏBƏRLƏR

Ermənistanla sərhədləri bağlamağımızın səbəbi Azərbaycan torpaqlarının işğalıdır

2021.10.20, 07:36
Ermənistanla sərhədləri bağlamağımızın səbəbi Azərbaycan torpaqlarının işğalıdır

Gunaz.tv
Bu barədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan TRT kanalında canlı yayımda çıxış edərkən bildirib "Ermənistanla sərhədləri bağlamağımızın səbəbi Azərbaycan torpaqlarının işğalıdır, əgər səbəb aradan qalxarsa, biz sərhədləri açarıq". CNN Türkün məlumatına görə, bu barədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan TRT kanalında canlı yayımda çıxış edərkən bildirib. “Burada səbəb- nəticə əlaqəsi var. Ermənistan Dağlıq Qarabağı işğal edib, 1 milyon azərbaycanlı qaçqın olub . Buna görə də biz sərhədləri bağladıq. İndi səbəb aradan qalxsın, biz də sərhədləri açaq”, deyə Ərdoğan qeyd edib. R. Ərdoğan bir daha bəyan edib ki, Türkiyənin Azərbaycanla münasibətlərində problem yoxdur, sadəcə səhv məlumatlar var. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar