SON XƏBƏRLƏR

Ermənilər təşviş içində

2021.10.20, 07:36
Ermənilər təşviş içində

Gunaz.tv
Ermənilər təşviş içində Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa gedib. ABŞ-sa Ermənistana göstərdiyi yardımları əhəmiyyətli dərəcədə azaldıb. Erməni mediasının yaydığı məlumatlara əsasən Sarkisyan Dağlıq Qarabağda qondarma respublikanın rəhbərliyi ilə qapalı müşavirə keçirib. O, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Güllə Praqada apardığı danışıqlar barədə müşavirə iştirakçılarını məlumatlandırıb. Deyilənlərə görə, Ermənistanın siyasi arenasında önəmli dayaqlara malik olan Dağlıq Qarabağ erməniləri Praqada gizli razılaşmanın əldə olunmasından narahatdır. Belə ki, görüşdən sonra Azərbaycan və Ermənistan prezidentləri hər hansı açıqlama verməsələr də erməni mətbuatı Türkiyənin bəzi siyasətşünaslarına istinadən yazır ki, münaqişənin həllində böyük irəliləyişlər əldə edilib. Lakin bu irəliləyişin nədən ibarət olunduğu məlum deyil. Bundan başqa, problemin həlli üçün Türkiyə rəhbərliyinin Ermənistan, Azərbaycan və Rusiyanın da daxil olduğu dörtərəfli sammitin keçirilməsi təşəbbüsüylə çıxış etməsi də erməniləri narahat edir. Onlar Rusiya-Azərbaycan münasibətlərinin xeyli yaxşılaşdığını nəzərə alaraq, sammitdə üstünlüyün rəsmi Bakı tərəfdə olacağından ehtiyatlanırlar. Hər halda Sarkisiyanın Dağlıq Qarabağ erməniləri qarşısında hesabat verməsinin səbəbi də budur. Cənubi Qafqazda baş verən geosiyasi dəyişmələr və yaranmış yeni şərait isə artıq dövlətlərası münasibətlərdə də özünü açıq şəkildə göstərməyə başlayıb. Birləşmiş Ştatlar administrasiyası Ermənistana ayrılacaq maliyyə yardımının miqdarını azaldacaq. Vaşinqton 2009-cu ildə Ermənistana 48 milyon dollar ayırdığı halda, 2010-cu ildə bu rəqəm cəmi 30 milyon dollar olacaq. Üstəlik 2009-cu ildə Dağlıq Qarabağa 8 milyon dollar humanitar yardım göstərilsə də, gələn ilin büdcə layihəsində bu nəzərdə tutulmayıb. Azalmalar hərbi sahədə əməkdaşlıqda da özünü göstərib. 2010-cu il üçün nəzərdə tutulan hərbi yardımlar çərçivəsində Azərbaycana 4 milyon, Ermənistana isə 3 milyon ayrılıb. Hərbi təlimlərə isə müvafiq olaraq, 900 minlə, 450 min dollar təşkil edir. Yəni ermənilər itirə itirə gedirlər. Müxalifət isə bütün bunlara görə hakimiyyəti ittiham edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar