SON XƏBƏRLƏR

İran adlanan yer - Mohsen Rezainin namizədliyi qeydiyyatdan keçirilib

2021.10.20, 07:36
İran adlanan yer - Mohsen Rezainin namizədliyi qeydiyyatdan keçirilib

Gunaz.tv
İran - Mohsen Rezainin namizədliyi qeydiyyatdan keçirilib İranın İnqilab Keşikçilərinin keçmiş rəhbəri Mohsen Rezai bir ay sonra keçiriləcək prezident seçkilərinə öz namizədliyini irəli sürüb. O, İran iqtisadiyyatını xilas etməyə söz verib. İnqilab Keşikçilərinin keçmiş rəhəbri olan Mohsen Rezai sərt xətt tərəfdarı olan mühafizəkar və ali dini lider Ayətulla Xameneyinin sözünü dinlədiyi adam kimi tanınıb. O, Prezident Əhmədinejadın xarici siyasətini tənqid edib və deyib ki, Prezidentin Holokastı sual altına almasından İran fayda görməyəcək. Ancaq bütün bunlardan öncə, o deyir ki, onu missiyası özü dediyi kimi, İranın çökməkdə olan iqtisadiyyatını xilas etməkdir. O, bu vəzifə üzərində işləyəcək koalisiya hökuməti formalaşdırmağı təklif edib. Mərkəzi bankın rəqəmləri göstərir ki, İranda sənaye istehsalı neft qiymətlərinin aşağı düşməsindən 6 ay əvvəl zəifləyib. Odur ki, görüləcək işlər çoxdur. Bir çox müşahidəçilər Mohsen Rezaini seçkilər üçün uyğun olmayan şəxs kimi görürlər. Amma o, mühafizəkarlar arasında Prezident Mahmud Əhmədinejada dəstək barədə fikir ayrılığından faydalana bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar