SON XƏBƏRLƏR

Praqa sammitində "qaz bəyannaməsi" imzalanıb

2021.10.20, 07:36
Praqa sammitində "qaz bəyannaməsi" imzalanıb

Gunaz.tv
Praqa sammitində "qaz bəyannaməsi" imzalanıb Praqada keçirilən Cənubi Enerji Dəhlizi zirvəgörüşündə, Avropa İttifaqı və dörd ölkə, Azərbaycan, Türkiyə, Gürcüstan və Misir arasında enerji əməkdaşlığına dair bəyannamə imzalanıb. Bu əməkdaşlığın əsas layihələrindən biri də, 3 min kilometr uzunluğunda və inşası 10 milyard dollara başa gələcək Nabukko layihəsidir. Lakin layihənin reallaşdırılması üçün həyati əhəmiyyət daşıyan Türkmənistan sənədə imza atmayıb. Plana görə, iyun ayında Türkiyədə Nabukkonun gerçəkləşdirilməsinə dair hökumətlərarası saziş imzalanmalıdır. Praqada imzalanmış bu sənəd,həmin sazişin Türkiyədə imzalanmasına ümidləri artırdımı? Bu sualla BBC Enerji İntelicens dərgisindən Pol Səmpsona müraciət edib. Məncə Praqada imzalanan sənəd müəyyən qədər bu ümidləri artıra bilər. Türkiyənin sənədə imza atması mühümdür. Lakin hələ də həllini gözləyən fundamental məsələlər var. Bunların arasında, elə həmin Türkiyə, Azərbaycanın bu layihəyə nə qədər maraqlı olmalarıdır. İyunda, Nabukkoya dair hökumətlərarası sazişin imzalanması vaxtı gələndə, hələ də layihə barədə suallar qalacaq. Buna görə də, Praqa görüşü bu şübhələri heç cürə aradan qaldıra bilməzdi. Sual: Siz Azərbaycanın layihəyə marağı barədə danışdınız. Azərbaycan bu gün də həmin layihəyə dəstək bildirib, bundan əvvəl də. Son aylar ərzində Azərbaycan Rusiya ilə qaz ticarətinə dair danışıqlar aparır. Ola bilər ki, bu Azərbaycan üçün bir danışıq priyomudur. Ya Nabukkodan, ya da Rusiyadan nəsə əldə etmək üçün. Zənnimcə, Azərbaycan və Rusiya arasında çox ciddi məsələlər həll olunur və bu da Nabukko layihəsi üçün narahatlıq yaratmaya bilməz. Sual: Hər halda Azərbaycan Nabukko ilə bağlı bütün sənədlərə imza atıb. Amma Nabukkonun rentabelliyi üçün həlledici ölkə olan Türkmənistan, eləcə də Özbəkistan və Qazaxıstan bü gün bunu etməyiblər. Sizcə, belə olan halda, iyun ayının sonuna kimi,yəni sazişin imzalanmasına qədər, vəziyyət dəyişəcəkmi? Hətta hökumətlərarası sazişin özünün nə dərəcədə hüquqi cəhətdən icbari olacağı bilinmir. Türkmənistan Avropaya qaz satmaq arzusunda olduğunu bildirib. Amma Nabukko layihəsinə birdəfəlik dəstək verməyə tələsmir. Türkmənistan Rusiya və Çinə də potensial alıcılar kimi baxır. Sual: Sizcə Nabukko layihəsinin müəlliflərinin kəmərin perspektivləri barədə optimist qalmaqlarına əsas varmı? Nabukko olduqca siyasi motivli layihədir.Bu Aİ-nın layihəsidir, onun enerji təhlükəsizliyinin təmininə xidmət edir. Lakin onun qarşısında bir xeyli problemlər də var. Bunlardan ən vacibi kəmər üçün kifayət qədər qazın tədarük edilməsidir. Eləcə də, Türkiyənin tranzit ölkə kimi hansı tələblər irəli sürəcəyidir. İnanmıram ki, Praqada imzalanmış bu sənəd bu məsələləri həll edə bilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar