SON XƏBƏRLƏR

Obama Amerikanı ayağa qaldırdı

2021.10.20, 07:36
Obama Amerikanı ayağa qaldırdı

Gunaz.tv
Obama Amerikanı ayağa qaldırdı ABŞ prezidenti ənənəvi “ümummilli dua”dan imtina etdi ABŞ prezidenti Barak Obama Ağ Evdə ənənəvi Ümummilli dua gününə həsr olunan dini mərasimi keçirməkdən imtina edib. Lent.az-ın “Los Angeles Times”ə istinadən verdiyi məlumata görə, prezident həmin günün vacibliyini qeyd etsə də, sələflərindən fərqli olaraq rəsmi tədbirdən imtina edib. Onun bu qərarı mühafizəkar xristianların qəti narazılığı ilə qarşılanıb. Ümummilli dua günü ABŞ-da 20-ci əsrin ortalarından başlayaraq keçirilir. Ronald Reyqan isə həmin günü may ayının birinci cümə axşamına təyin edib. Obamadan əvvəl ABŞ prezidenti olan kiçik Corc Buş həmin günü böyük təntənə ilə qeyd edərək Ağ Evin Şərq kabinetində konfessiyalararası dini mərasim keçirirmiş. Obama isə xüsusi deklarasiya dərc edərək amerikalıları sülh və xoş iradə naminə birləşməyə, həyatlarını qurban verən amerikalılar və hərbçiləri xatırlamağa çağırıb. Ağ Evin mətbuat katibi Robert Qibbs bəyan edib ki, Obama duanın əhəmiyyətini yaxşı anlayır və hər gün dua edir. Qeyd edək ki, ABŞ-ın 44-cü prezidenti rəsmən xristian sayılır. Amma o, andiçmə zamanı dinə inanmayan həmvətənlərini xatırlayan ilk dövlət başçısı olub. Türkiyəyə səfəri zamanı məscidi ziyarət edən Obama ABŞ-da çıxışlarından birində binanın üzərindəki xaçın bağlanmasını tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar