SON XƏBƏRLƏR

Şuşa ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

2021.10.20, 07:36
Şuşa ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

Gunaz.tv
Şuşa ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər «Şəhidlər Abidə» kompleksinin önünə əklil qoyulub Şuşanın işğalının 17-ci ildönümü ilə bağlı bu gün Qarabağ Azadlıq Təşkilatı və Şuşa ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarını ziyarət ediblər. ANS PRESS-in məlumatına görə, Şuşa şəhər İcra hakimiyyəti başçısı Bayram Səfərov Xiyabanda «Şəhidlər Abidə» kompleksinin önünə əklil qoyub. Ziyarətdən sonra jurnalistlərə açıqlama verən B. Səfərov bildirib ki, Şuşa işğal olunanda ağır və zülmlü günlər yaşayıb. Onun sözlərinə görə, şuşalılar həmişə olduğu kimi bu gün də Şuşanın işğalı günü şəhidlərin xatirəsini yad edirlər. Qeyd edəki ki, 1992-ci il mayın 8-i düz 17 il əvvəl Ermənistan ordusunun əsgərləri Şuşanı işğal edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar