SON XƏBƏRLƏR

“BƏSİC”ə SİYASİ FƏALİYYƏT İCAZƏSİ VERİLİB

2021.10.20, 07:36
“BƏSİC”ə SİYASİ FƏALİYYƏT İCAZƏSİ VERİLİB

Gunaz.tv
“BƏSİC”ə SİYASİ FƏALİYYƏT İCAZƏSİ VERİLİB Məhəmmədəli Cəfəri Tehranda keçirilən “Quruculuq səfərbərliyi” toplantısında çıxış edən İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandanı Məhəmmədəli Cəfəri “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələrinin bir hissəsinin siyasi fəaliyyətlə məşğul ola biləcəyini deyib. M.Cəfəri bildirib ki, dini rəhbərin göstərişi ilə hərbi “Bəsic” hissəsi qeyri-hərbi “Bəsic”dən ayrılıb: “Bəsic” istər elmi və mədəni, istər də quruculuq sahəsində geniş proqramlar həyata keçirir. “Bəsic”in hərbi fəaliyyəti olmayan və silahlı qüvvələrdən sayılmayan hissəsi siyasi fəaliyyətlə məşğul ola bilər. “Bəsic”in inqilabla bağlı siyasi sahə və bəhslərə qarışıb fəaliyyət göstərməsi mümkündür”. M.Cəfəri hökumətin müxtəlif orqan və strukturlarında ayrı-ayrı şaxələri olan və siyasi fəaliyyətinə icazə verilən “Bəsic”in konkret hansı şöbə və şaxəsini nəzərdə tutduğu barədə açıqlama verməyib. Siyasi təhlilçilər İranda iyunun 12-də keçiriləcək prezident seçkisi ərəfəsində “Sepah” komandanının bu çıxışını seçkidə fəal iştirak etmələri üçün “Bəsic” qüvvələrinə yaşıl işıq kimi qiymətləndirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar