SON XƏBƏRLƏR

Nurçu adlı qaranlıq

2021.10.20, 07:36
Nurçu adlı qaranlıq

Gunaz.tv
Nurçu adlı qaranlıq Fətullahçılar dini dövlət qurmaq arzusundadırlar "Gülüstan" sarayında "Dialoq Avrasiya" dərgisinin Azərbaycanda 10-cu ilinin tamam olması münasibətilə keçirilən tədbirdə açıq şəkildə Fətullah Gülənin təbliğatının aparılması bu şəxsin kimliyi məsələsinə bir daha toxunmağı zəruri edir. Bizim Fətullah Gülənin kimliyilə bağlı araşdırmalarımız dəfələrlə mətbuat səhifələrində dərc edilib, amma görünür müvafiq qurumlar bu insanın nə qədər təhlükəli olmasının fərqinə hələ ki, varmayıblar. Səlcuq Fətullah Gülənin nə qədər təhlükəli adam olmasını bilmək üçün akademik olmağa ehtiyac yoxdur, təkcə faktlara fikir vermək yetər. Bir neçə ay öncə Türkiyənin Baş Prokuroru Əbdürrahman Yalçınqayanın AKP-yə qarşı qaldırdığı iddianamədə Fətullah Gülən şəbəkəsinin sivil terrorla, dövlət orqanlarını ələ keçirərək, çevrilişi yuxarıdan həyata keçirməyi hədəflədiyi açıq şəkildə bildirilmişdi. Birləşmiş Ştatlarda sığınacaq tapan Fətullah Gülənin fikrincə, hərbi, hüquq, təhsil və mülki təşkilatlar ələ keçirilməsi vacib olan qurumlardır. Yüksək çinli məmurlar, Daxili İşlər Nazirliyi və Polis Təşkilatında şəbəkələşmək nurçuların əsas məqsədlərindən biridir. Nurçuların əsas strateji hədəfləri isə "Kürdüstan dövləti"ni yaratmaq, Türk xalqlarının Türkiyədə olduğu kimi təbii sərvətlərinə, hakimiyyət strukturlarına sahib olmaq, bu dövlətlərdə milli düşüncə adına nələr varsa hamısını məhv etməkdir. Eyni zamanda "ümmətçilik", "islam qardaşlığı" və başqa siyasi anlayışlar kölgəsində kürdlərin real hakimiyyətini formalaşdırmaqdır. Qeyd edək ki, "Nurçular" öz məqsədlərinə nail olmaq üçün geniş maliyyə imkanları əldə etməklə yanaşı Türkiyədə kütləvi şəkildə "təkkə", "imam xətib" məktəblərini yaradıblar. Bu məktəblər Türkiyədə əhalinin xurafata inanan savadsız təbəqələri arasında reklam olunmağa başlayıb. Onlar yarısavadsız "molla və imamlar" hazırlayırdı. Orada yetişən gənclik asanlıqla nurçuluğun ideoloji tələsinə yuvarlanır. Sonra isə nurçuların nəzarətindəki iqtisadi şəbəkədə yalnız onlardan istifadə olunur. Fətullah Gülən "nur camaatı"nın rəhbəri varisliyinə sahib olduqdan sonra üstün təhsil proqramını gerçəkləşdirməyə, Türkiyənin bir sıra şəhərlərində nurçuların nəzarətində olmaqla universitetlər açılmağa başlayıb. 1969-cu ildən indiyə kimi 200 vəqf, 200 özəl məktəb, 500 şirkət, 460 müxtəlif kurslar, 500-dən artıq tələbə yataqxanaları ("nurçu yurtları") qura bildilər. Nurçular gündəlik 300 min tirajla nəşr olunan "Zaman" qəzeti, 14 müxtəlif jurnal nəşr edirlər. Türkiyə xaricində Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qırğızıstan, Türkmənistan kimi dövlətlərdə də son 15 ildə geniş şəbəkə yarada biliblər. Qeyd etdiyimiiz kimi, bu şəbəkənin əsas lideri Fətullah Güləndir. Gülənin indi 25 milyard dollar "Nur camaatı" adına sərvəti var. Nurçuların "imam xətib" məktəblərində təhsil alanlar da bu proyektlərin tərkib hissəsi kimi fəaliyyətlərini nizamlayır. Nurçuların Azərbaycana ayaq açması 1994-cü ilə təsadüf edir. Bakıya gələn Nədim Kaya adlı birisi Fətullah Gülənin xüsusi tapşırığıyla Gəncliyə Yardım Vəqfini yaradır. Acınacaqlı faktlardan biri ondan ibarətdir ki, 1992-ci ilin 19-20 may tarixlərində İranın Urmiyə vilayəti vasitəsilə Ermənistana gələn ilk PKK-çı silahlıları Qarabağ savaşında (Laçın, Qubadlı, Zəngilan, Tərtər, Kəlbəcər, Ağdam istiqamətlərində) Azərbaycana qarşı vuruşub. İndi isə türklərə qarşı vuruşan həmin insanlar "nurçu", "fətullahçı", "süleymançı", "yusifiyyəçi", "kaplançı" kadrlar kimi təmsil olunur. Onlar daha çox nurçuların yaratdıqları böyük ticarət şəbəkələrinin "gizli mühafizəsi" öhdəliyini yerinə yetirirlər. Məlumat üçün bildirək ki, PKK lideri Abdulla Öcalan yazdığı "Devrimin dili ve eylemi" adlı kitabında nurçuların və PKK-nın strateji hədəf olaraq birlikdə fəaliyyət strategiyası "doktrinası"nı yazıb. Öcalanın "Kürdistan devriminin yolu" kitabı bütün nurçuların və PKK-çıların hansı istiqamətlərdə fəaliyyət göstərmələrinin əsas açarı sayılır. Nurçuların lideri Fətullah Gülənin xeyir-duası və yardımları sayəsində "İhvani Müslimin", "Kürd İslam Hərəkatı", "İttihadi İslami əl-Kürdüstan", "Hərəkətül İslamiyyə fi Kürdistan" və "Ənsərül İslam" kimi kürd radikal təşkilatlar özlərinin Azərbaycan, Gürcüstan və Ermənistanda geniş ticarət, maliyyə, bank, iqtisadi strukturlarını yarada biliblər. Nurçuların İstanbulda nəşr olunan "Sızıntı" dərgizi açıq da olmasa, PKK və erməni terrorunun işbirliyinə xidmət edən siyasəti təbliğ edir. Son illər bu dərgi Bakıda açıq şəkildə kitab mağazalarında satılır. Nurçuların Azərbaycanda əsas məqsədləri "millətin öz daxilindən özünə qarşı düşmən, milli dəyərləri bütün vasitələrlə məhv etmək, lağ obyektinə çevirmək, milli kimliyin inkişafını tamam məhv etmək" planıdır. Fətullah Güləninin Azərbaycandakı liseylərində kosmopolit düşüncə əsas strategiyadır. Bununla yanaşı, bu liseylərdə "nurçu öyrətmənlər"in toruna düşən məktəblilərə nurçu kitabları oxumaq və öyrənmək məsləhət bilinir. Eyni zamanda nurçu alimlərin kitabları, risalələri sayəsində tədricən mənəvi-ideoloji yöndə "Türkiyə və M. K. Atatürk bizim düşmənimizdır" fikri beyinlərə aşılanır. "Şəriət dövləti"nin qurulması təbliğatı nurçular Bakı Dövlət Universitetinin "tələbə yataqxanaları şəhərçiyi"ndəki məsciddə, Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət Evinin arxasında yerləşən məsciddə, Gəncədə Ozanlar məhəlləsindəki məsciddə, eləcə də digər rayon və şəhərlərdəki məscidlərdə son illər möhkəmlənməyə başlayıblar. Yeni yaranan icmalar "nur camaatı" adlanırlar. Onlar prinsipcə vəhhabiliyə ciddi dəstək verirlər. Nurçular "Yusifiyyə", "İşıkçılar", "Süleymançılar", "Siyah ( qara) bayraklılar", "kaplançılar" və başqa cərəyanlar adı altında Azərbaycanda fəaliyyət göstərirlər. Ən üstün cərəyan isə "Yeni Asiya" sayılır. Bu cərəyan daha çox siyasi çevrələrə daxil olmaq, öz kadrlarını hökumət, dövlət strukturlarında yerləşdirmək, geniş ticarət şəbəkələrinə malik olmağa üstünlük verir. Azərbaycandakı nurçuların ən geniş şəbəkəsi "Camaatlar İttifaqı" adlı gizli təşkilatdır. Bu şəbəkənin ictimai fikirdə son illər dayaqları da formalaşdırılır. Demək olar ki, bütün telekanallarda, qəzetlərdə "nurçu müxbirlər" şəbəkəsi qurulub. Onların hamısı Türkiyədə nurçuların xüsusi məktəblərində təlimlər keçiblər. Bir sözlə, Fətullah Gülən cocuqları əksər islam ölkələrində olduğu kimi Azərbaycanda "mülayim islam" dövləti qurmaq arzusundadırlar. Neft Akademiyasında baş verən qətliamdan sonra Azərbaycan mətbuatında terrorçu Fərda Qədirovun nurçularla əlaqəsi və PKK-nın düşərgələrində təlim keçməsi haqqında məlumat yayıldı. Məlumatın nə qədər həqiqətəuyğun olmasını yəqin ki, hüquq- mühafizə orqanları araşdıracaq. Ancaq bir məqam diqqətçəkəndir. Hazırda "Nur Kazarmalarının Tələbələri Hərəkatı" fəaliyyət göstərməkdə və öz mövqelərini gücləndirməkdədir. Bu hərəkatın komandirlərinin hamısı PKK-nın hərbi düşərgələrində xüsusi təlim keçmiş şəxslərdir. Onların iqtisadi və maliyyə problemlərini nurçular asanlıqla həll edir. Ümumiyyətlə, bütün faktlar ölkədə ciddi şəkildə nurçu və Fətullah Gülən təhlükəsinin olduğunu göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar