SON XƏBƏRLƏR

Ruslar da terrorçu siyahısı hazırladı

2021.10.20, 07:36
Ruslar da terrorçu siyahısı hazırladı

Gunaz.tv
Ruslar da terrorçu siyahısı hazırladı “Nurçular” və “Boz qurd” terrorçu-ekstremist təşkilatların siyahısına salınıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı terror təşkilatlarının yeni siyahısını hazırlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qurumun mətbuat katibi Vitali Struqovets üzv ölkələrin xarici işlər nazirləri müavinlərinin iclasında müəyyənləşdirilən yeni siyahıda 31 terrorçu və ekstremist təşkilatın adı olduğunu bildirib. O, ilk belə siyahının 2004-cü ildə tərtib edildiyini və siyahıya 22 təşkilatın adının salındığını vurğulayıb. Qeyd edək ki, siyahıda “Müsəlman qardaşları”, “Taliban”, “Əl-Qaidə”, “İslami cihad - mücahidlər camaatı”, “Mərkəzi Asiyanın mücahidlər camaatı” kimi təşkilatlarla yanaşı, “Nurçular” və “Boz qurd” adları da var. Halbuki nə Türkiyə, nə də digər türkdilli ölkələrdə “Boz qurd” adlı təşkilat yoxdur. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan təmsil olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar