SON XƏBƏRLƏR

Azərbaycana növbəti kürd köçü

2021.10.20, 07:36
Azərbaycana növbəti kürd köçü

Gunaz.tv
Azərbaycana növbəti kürd köçü Qırğızıstanda yaşayan kürdlər kütləvi şəkildə bu ölkədən Azərbaycana gəlir Qırğızıstandan Azərbaycana kürdlərin köçü başlayıb. Bu həyəcanlı xəbəri dünən Türkiyənin media quruluşlarından biri yayıb. Məlumatda göstərilir ki, Qırğızıstanın Petrovka kəndində kürd, rus və qırğızlar arasında baş verən toquşmadan sonra bu ölkədən kürdlər kütləvi şəkildə köç etməyə başlayıblar. Onların məskunlaşmaq üçün üstünlük verdikləri ölkələrdən biri isə Azərbaycandır. Köç edənlərin başqa sığındığı ölkələrsə Rusiya və qonşu Qazaxıstandır. Kürdlərlə rus və qırğızlar arasında baş verən toqquşmanın səbəbi kimi isə kiçik yaşlı bir rus qızına qarşı törədilmiş təcavüz göstərilir. Bu təcavüzə görə 2 yaşlı kürd əsilli Abdullah Aslanov günahkar bilinərək həbs edilib. Sonradan onun təqsiri sübuta yetirilməsə də, qeyri-kürd olan yerli sakinlər hadisədə günahkar kürdləri bilirlər. Buna görə də kürdlərin evlərini və maşınlarını yandırıb, özlərinə xəsarət yetiriblər. Bundan başqa kənd ağsaqqalları bələdiyyə sədrinə məktub yazaraq kənddə yaşayan 110 kürd ailəsinin oradan çıxarılmasını tələb edib. Bələdiyyə nümayəndələri isə köçürüləcək ailələrin siyahısını hazırlayıb. Bu olaylardan sonra Qırğızıstandakı kürdlər həyatlarını təhlükədə hiss edərək bu ölkəni kütləvi şəkildə tərk etməyə başlayıblar. Onların üz tutduğu üç ölkədən biri isə əvəldə qeyd etdiyimiz kimi, Azərbaycandır. Qırğızıstan kürdlərinin təhlükəsiz məskunlaşmaq yeri kimi niyə Azərbaycanı seçdikləri isə ayrı mövzu olsa da, indiyədək bir sıra başqa ölkələrdən bura kürd ailələrinin köçürüldüyü faktları ilə bağlı olmamış deyil. Informasiya şöbəsi azadliq qezeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar