SON XƏBƏRLƏR

Güney Azərbaycanda "Milli Hərəkatın simvolu"adlı kitab yayılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda "Milli Hərəkatın simvolu"adlı kitab yayılıb

Gunaz.tv
Güney Azərbaycanda "Milli Hərəkatın simvolu"adlı kitab yayılıb Güney Azərbaycanda "Güney Azərbaycan Milli Hərəkatının simvolu" adlı kitab nəşr edilib. Güney Azərbaycan Milli Hərəkatının simvolu ilə bağlı müxtəlif məqalə və bildirişlər, eyni zamanda təşkilatların bəyanatlarının toplusundan ibarət kitab 272 səhifədir. Hazırda kitab başda Təbriz, Zəncan və Tehran olmaqla Güney Azərbaycanın bütün şəhərlərində paylanılır. Kitabda yer almış bəzi yazılar - Milli birliyə doğru! Güney Azərbaycan Milli Hərəkatının simvolu (müraciət), "Bu millətin ay-ulduzunu qaraltmayın", "Güney Azərbaycan və bayraq məsələsi", "Tələbə saytının simvol haqda rəsmi görüşləri açıqlandı", "Milli simvolu təyin etmək üçün domokratiya sınağı (farsca)", Batı Azərbaycan Milli Müdafiə Komitəsinin təklif olunmuş milli simvol haqda açıqlaması, GÜNASKAM saytının bildirişi, "Problemsizlik və yalançılıq "təklif olunmuş simvol"u "təhmil olunmuş bayrağ"a çevirməkdədir", Güney Azərbaycanda qaldırılan milli simvolla bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının bildirişi, Milli Partiyanın bəyanatı, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan bayrağıyla bağlı bəyanatı, Azərbaycan Milli Dirəniş Təşkilatının milli simvolla bağlı bildirişi, "Baybak" saytının təklif olunmuş simvol haqda açıqlaması, Türkiyədə yaşayan və ya təhsil alan bir qrup güneyli tələbənin Güney Azərbaycan Milli Hərəkatının simvoluna dəstək bildirişi (imzalarla birlikdə) və başqalarıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar