SON XƏBƏRLƏR

Urmiyada Universitetində şənlik mərasimi keçirilib

2021.10.20, 07:36
Urmiyada Universitetində şənlik mərasimi keçirilib

Gunaz.tv
Urmiyada Universitetində şənlik mərasimi keçirilib Azərbaycanlı tələbələr tədbiri milli günə çeviriblər. Mayın 5-də Urmiya Universitetinin tələbələri İran adlanan yerdə İş Günü münasibətilə şənlik mərasimi keçiriblər.Tədbirdə təxminən 1500-yə yaxın adam iştirak edib. Mərasimdə İran adlanan yerin himninin çalınması, azərbaycanlı tələbələrin etirazına səbəb olub. Azərbaycanlı tələbələr tədbiri milli günə çeviriblər Saat 16.30 radələrində başlayan tədbirdə bir sıra yetkili tərəfindən maneələr yaradılsa da, azərbaycanlı tələbələrin davranışı nəticəsində mərasim olay yaşanmadan sona çatıb.Tədbirə qatılan “Barış” musiqi qrupu Azərbaycan türkcəsində ifa etdiyi mahnılarla soydaşlarımızı coşdurub. Hətta Azərbaycan mahnılarına və birlik şüarlarına dayanamay kürd tələbələr zalı tərk ediblər. Yetkililərin “Barış” musiqi qrupuna təzyiq göstərərək onları farsca mahnı ifa etməyə məcbur etməsinə azərbaycanlı tələbələr zalı tərk etməklə cavab veriblər. Bununla da fars mahnısı yarımçıq qalıb və mərasim belə sona çatıb. Tədbirə qatılan azərbaycanlı tələbələr Türkün görkəmli şəxsiyyətləri üçün yazılmış şeirləri səsləndiriblər. Mərasimdən sonra bir neçə soydaşımız sorğu-suala tutulub, ancaq həbs olunan və təziyqə məruz qalan tələbə yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar