SON XƏBƏRLƏR

Qəzvin vətəndaşları şəxsi torpaqlarının dövlət qurumları tərəfindən zəbt edilməsinə etiraz edirlər

2025.10.22, 11:33
Qəzvin vətəndaşları şəxsi torpaqlarının dövlət qurumları tərəfindən zəbt edilməsinə etiraz edirlər

21 oktyabr 2025-ci il tarixində Qəzvin şəhərinin bir qrup sakini öz şəxsi torpaqlarının 300 hektardan çoxunun yerli qurumlar (bələdiyyə və qubernatorluq) tərəfindən zorla alınmasına etiraz olaraq Qəzvin qubernatorluğu binasının qarşısına toplaşıb.

Gunaz.tv

Etirazçılar torpaqların sahiblərinin xəbəri və razılığı olmadan, qanuni prosedurlara əməl olunmadan zəbt olunduğunu deyir, torpaqların dərhal geri qaytarılmasını və hakimiyyətdən cavab verməsini tələb ediblər.

Şahidlər və yayımlanan videolar nümayişçilərin “Torpağımızı qəsb etməyin” kimi şüarlar səsləndirdiklərini və baş verənlərə görə valilik və bələdiyyə idarələrini günazhlandırdıqlarını göstərir.

Etirazçılar mediadan öz səslərini çatdırmağı xahiş edib və xəbərdarlıq ediblər: “Məsul qurumlar qanuni tələblərimizə cavab verməsələr, insanlar hüquqları bərpa olunana qədər israrlı şəkildə etirazlarını davam etdirəcəklər”. Mitinqin sonunda etirazçılar tələblərini yazılı şəkildə qubernatorluğa çatdırmağa çalışıblar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar