SON XƏBƏRLƏR

Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur

Gunaz.tv
Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Aprelin 4-də “Ettelaat” əməkdaşlarının Təbriz şəhərində həbs etdiyi güneyli yazıçı və naşir Nağı Əhmədi Azərin harada saxlanılması barədə hələ də məlumat yoxdur. onun həbsindən bir ay keçməsinə baxmayaraq, onun hansı ittihamlar əsasında tutulduğu məlum deyil. Dostları və yaxınlarının Nağı Əhmədi Azərin durumundan xəbər almaq üçün göstərdiyi bütün səylər də nəticəsiz qalıb. Bu da onun ailəsini, xüsusilə də azyaşlı övladlarını çox incidir. Ancaq bir neçə gün əvvəl yazıçı həyat yoldaşıyla qısa şəkildə telefonla danışıb. Şahidlər Nağı Əhmədi Azəri 4 mülki geyimli polis əməkdaşlarının həbs edərək “Peogeot” markali və dövlət nömrə nişanı olmayan maşına mindirib apardığını deyiblər. Onun tutulma səbəbinin tərcümələri və yazdığı kitablar olduğu ehtimal edilir. Hətta yazıçının qardaşı Qulamhüseyn Əhmədi də belə düşünür. Qeyd edək ki, Nağı Əhmədi Azər 2 övlad sahibidir və Azərbaycan ədiblərinin əsərlərinin ərəb əlifbasıyla çapıyla məşğul idi. Bunların arasında “Azərbaycan tarixi - Sabir Rüstəmxanlının əsəri”, “Aşıq Şəmşirin divanı, “Sultan Məhəmməd və Təbriz miniatur məktəbi” və “Məşrutənin tarixi” kitabları xüsusi yer tutur. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan soydaşımız İran Yazıçılar Birliyinin rəsmi üzvüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar