SON XƏBƏRLƏR

Avropa İttifaqı yeni qonşularını hələ ki, üzv görmək istəmir

2021.10.20, 07:36
Avropa İttifaqı yeni qonşularını hələ ki, üzv görmək istəmir

Gunaz.tv
Avropa İttifaqı yeni qonşularını hələ ki, üzv görmək istəmir Avropa İttifaqının liderləri bu gün Praqda görüşürlər. Bu, Rusiyanın hələ də öz təsir dairəsinin bir hissəsi kimi gördüyü altı sabiq sovet dövləti ilə keçirilən ilk belə sammitdir. Praqaya gələnlər arasında Azərbaycan, Ermənistan, Gürcüstan və Ukrayna liderləri də var. BBC müxbiri Vana Luncesku Praqadadır və BBC-nin Azərbaycan xidmətinə bunları bildirib: Sammit işinə başlayıb. Mən Avropa İttifaqının 27 ölkəsinin burada iştirak edən 17-sinin dövlət və hökümət başçılarını gördüm. Yəni, ölkələrin iştirakının siyasi səviyyəsi baxımından bir qədər məyusluq hiss olunur. Amma Almaniyanın kansleri Anqela Merkel üzündə təbəssümlə dedi ki, sammitə böyük maraq hissi ilə gəlib və Avropa İttifaqının cənubla, şərqlə və Aralıq dənizi bölgəsi ilə əməkdaşlığında maraqlıdır. Onun sözlərinə görə, şərq tərəfdaşları ilə münasibətlərin yenidən qurulması Avropa İttifaqı üçün mühümdür. Sual. Bəs keçmiş SSRİ respublikaları, indiki 6 yeni müstəqil dövlət üçün bu sammitin əhəmiyyətini necə izah etmıək olar? İlk dəfədir ki, bu 6 yeni müstəqil dövlət Avropa İttifaqının keçirdiyi bu cür sammitə qatılır. Bu açıq bir siqnaldır ki, Avropa İttifaqı bu ölkələrin sabitliyində dərindən maraqlıdır. Bunu başa düşmək olar, cünki Aİ öz şərq sərhədlərində mümkün qeyri-sabitlikdən narahatdır, çünki qeyri-sabitlik həm Avropa İttifaqı daxilinə sirayət edə bilər, bundan başqa mühacirlər, iş yerləri və sairə problemlər ortaya çıxa bilər. Amma bu ölkələr Avropa İttifaqı ilə qonşuluqla yanaşı, Rusiyanın da qonşularıdır. Və Rusiya hələ dünənə qədər narahıtlığını bildirərək deyir ki, bu sammit Avropada yeni parçalanma xəttləri yaradır. Bunu Avropa liderləri çox aydın başa düşüblər. Ona görə də Avropa İttifaqının xarici siyasət idarəsinin rəisi Xavyer Solana və Çexiyanın baş naziri cənab Topolanek mənimlə söhbətdə vurğulamışlıar ki, bu sammit Avropanın iki bloka - şərq və qərb blokuna bölünməsi məqsədi güdmür. Bu sammit əməkdaşlıq istiqamətində konkret nəticələr əldə etmək istəyir. Sual. Bəs bu tədbir, həmin bu 6 ölkənin Avropa İttifaqına daxil olması mümkünlüyünü reallışdıra bilərmi? Bu ölkələrin tərəfdaş ölkə kimi təfsir edilməsi aydınlıqla buna dəlalət edir ki, Avropa İttifaqı hazırda onlara heç bir üzvlük perspektivi təklif etmir. Çünki bunu Avropa İttifaqı hələki istəmir və belə bir imkanın öhdəsindən də gələ bilməz. Avropa İttifaqının şərqi Avropa ölkələri hesabına genişlənməsi təcrübəsi belə bir variantın mürəkkəb və problemli olduğunu göstərib. Xavyer Solana dedi ki, hazırda olan reallıq məhz belədir. Amma gələcəkdə vəziyyətin necə olacağını indidən qətiyyətlə söyləmək olmaz. Amma bir çox Avropa İttifaqı liderləri burada vurğulayırdılar ki, bu tərəfdaşlığı, dəyərlər birliyi kimi başa düşmək lazımdır. Və bu birliyin ən ümdə prinsipi - demokratiya və insan hüquqlarına hörmətlə yanaşmaqdır .

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar