SON XƏBƏRLƏR

RƏFSƏNCANİNİN QIZI: “TƏƏSSÜF Kİ, İNQİLABDAN SONRA QARA RƏNG DƏYƏR OLDU”

2021.10.20, 07:36
RƏFSƏNCANİNİN QIZI: “TƏƏSSÜF Kİ, İNQİLABDAN SONRA QARA RƏNG DƏYƏR OLDU”

Gunaz.tv
RƏFSƏNCANİNİN QIZI: “TƏƏSSÜF Kİ, İNQİLABDAN SONRA QARA RƏNG DƏYƏR OLDU” Sabiq prezident, Üləmalar Məclisi və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədri ayətullah Haşimi Rəfsəncaninin qızı, İran Qadın İdman Federasiyasının rəhbəri Faizə Haşimi ölkənin 2-ci telekanalına müsahibəsində hicab məsələsində qadınların qara rənglərdən istifadəsini tənqid edib. Faizə Haşimi deyib: “Təəssüf ki, inqilabdan sonra qara rəng dəyər oldu. Qara çadra, qara manto, qara yaylıq, bir sözlə, tünd və ölü rənglərdən ibarət nə var, dəyərə çevrildi. Bunlar heç də yaxşı dəyərlər deyildi. Bu rənglər gigiyena, tibbi və psixoloji baxımdan da müsbət qarşılanmır. Qara rəng hətta islam baxımından da mənfur sayılır”. F.Haşimi ali təhsilli xanımların inkişafı qarşısında qoyulan maneələrdən də təəssüfləndiyini vurğulayıb: “Hazırda tələbələrin 70 faizi qızlardır. Lakin təəssüflər olsun ki, məhdudiyyətlər və həyata keçirilən səhv siyasətlər onların inkişafına mane olur. Bu gün, misal üçün, İraq və Əfqanıstanda 3-4 nazir qadınlardan seçilib. Həmin ölkələrin parlamentlərindəki deputatların 25 faizi də qadınlardır. Lakin bizim parlamentdə qadın deputatların sayı 3 faizdir. İrəli getdikcə də vəziyyətimiz daha pisləşir. Kişilər qadınların problemləri ilə tanış deyil. Tanış olsalar da, ona əhəmiyyət vermək istəmirlər. Patriarx mədəniyyəti və qadına bu baxımdan yanaşma tərzi hələ də cəmiyyətimizə hökm sürməkdədir”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar