SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏD: “ƏHMƏDİNEJADIN YERİTDİYİ DÜŞÜNÜLMƏMİŞ SİYASƏT İRANA ÇOXLU DÜŞMƏN QAZANDIRIB”

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏD: “ƏHMƏDİNEJADIN YERİTDİYİ DÜŞÜNÜLMƏMİŞ SİYASƏT İRANA ÇOXLU DÜŞMƏN QAZANDIRIB”

Gunaz.tv
PREZİDENTLİYƏ NAMİZƏD: “ƏHMƏDİNEJADIN YERİTDİYİ DÜŞÜNÜLMƏMİŞ SİYASƏT İRANA ÇOXLU DÜŞMƏN QAZANDIRIB” Mehdi Kərrubi Hakimiyyətyönlü Milli Etimad Partiyasının rəhbəri, prezidentliyə namizəd Mehdi Kərrubi Almaniyanın “Tags Şpigel”qəzetinə müsahibədə İran prezidenti Mahmud Əhmədinejadın xarici siyasətini kəskin tənqid edərək onun dövrünün başa çatdığını deyib. Kərrubi Əhmədinejadın xarici siyasətdə çoxlu səhvlərə yol verdiyini vurğulayıb: “Əhmədinejadın düşünülməmiş yanlış siyasəti İrana çoxlu düşmən qazandırıb. O, bir prezident olaraq beynəlxalq qətnamələri necə “kağız parçası” adlandıra bilər?” Əhmədinajadın dəfələrlə Xolokostu inkar etməsinə toxunan Kərrubi deyib: “Xolokost baş vermiş böyük bir cinayətdir. Buna şübhə ilə yanaşmaq düzgün deyil”. İranın nüvə texnologiyasına yiyələnməsini dəstəkləyən Milli Etimad Partiyasının rəhbəri bu məsələdə şəffaf davranmağın vacibliyini də vurğulayıb: “Əhmədinejadın bu məsələ ilə bağlı sərt çıxışları problemi olduqca mürəkkəbləşdirərək ABŞ-ın bizə qarşı mövqeyinin sərtləşməsinə gətirib çıxarıb. Nəticədə ABŞ Əhmədinejadın həmin ekstremist çıxışlarını bəhanə edərək İranı beynəlxalq aləmdən təcrid edərək küncə sıxışdırıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar