SON XƏBƏRLƏR

Şuşanın işğalından 17 il keçir

2021.10.20, 07:36
Şuşanın işğalından 17 il keçir

Gunaz.tv
Şuşanın işğalından 17 il keçir 1992-ci il may ayının 8-də ölkəmiz Ermənistanla müharibədə ən ağır və həssas itkilərdən birinə məruz qaldı. Ölkəmizin dilbər guşəsi Şuşa işğal olundu. Bu gün Şuşanın işğalından 17 il keçir. Erməni vandalları bu gün də Şuşanı dağıtmaqla məşğuldur. Şuşanın işğalından 14 il keçdi, 15, 16… bu gün isə artıq, biz Şuşanın işğalının 17-cı ildönümünü qeyd edirik. Amma Şuşa ilə bağlı dəyişməyən rəqəmlər də var. 480 azərbaycanlının hələ ki yerdə qalan qanı, yüzlərlə itkin, ermənilərə sərf etməyən tarixi faktları çiyinlərində daşıyan, vəhşiliyin qurbanı olmuş yüzlərlə abidə. Əslində ermənilərin Qarabağa olan iddialarının zirvəsində məhz Şuşanın dayandığı hələ bir-neçə əsr əvvəldən özünü biruzə verirdi. Türkmənçay müqaviləsindən dərhal sonra Şuşaya 20 mindən artıq erməni gətirilmişdi. Şuşa isə mübarizə apardı və yalnız 1992-ci ildə təslim oldu. Təcavüz nəticəsində Şuşada 480 nəfər günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə indiyədək məlumat yoxdur. 279 dini, tarixi və mədəni abidə talan edilib. Həmçinin 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-marif, kənd təssərüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinotetar, 3 muzey, şərq musiqi alətləri fabriki dağıdılıb. Bu həmin şəhərdir ki, məhz ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində sanatoriya şəhərinə çevrilmişdi. «Şuşa Azərbaycan xalqının, əcdadlarınımızın yaratdığı böyük bir abidədir. Bu şəhər deyil, böyük bir tarixi abidə, muzeydir. Bu şəhərdə Azərbaycan xalqınının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdı» -deyirdi milli lider. Bu günsə düz 17 ildir ki, işğalçılar Şuşanın tarixini dəyişməklə məşğuldur. 250 illik Şuşa tarixi, Pənahəli Xanın sarayı, Cümə məsçidi, Vaqifin məqbərəsi, Gövhər Ağa məsçidi səbrlə düşmən tapdağından azad olacağı günü, yəni bizi gözləyir. Oruzumun gücünün gündən-günə artması və ali baş komandanımızın qəti mövqeyi isə Şuşaya qayıdacağımız günün yaxında olmasına əminlik yaradır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar