SON XƏBƏRLƏR

Urmulu millət vəkili Pezeşkiana səsləndi: Urmu gölünü unutma!

2025.10.24, 10:43
Urmulu millət vəkili Pezeşkiana səsləndi: Urmu gölünü unutma!

Cənab Pezeşkian! Urmiya gölünün bərpa layihəsi unudulmasın! Gölün illik su payının verilməsini diqqətdə saxlayın.

Gunaz.tv

Bunu Urmiyanın millət vəkili Salman zakir, Məsud Pezeşkianla görüdə deyib.

"Bu gün xalq sizin dövrünüzdə də Urmiya gölünün unudulacağından nigərandırlar. Gölün su payının qaytarılmasına çalışın ki, xalq arxayın olsun",- Zakir əlavə edib.

Qeyd edək ki, maksimum 33, minimum 15 milyard kubmetr su tutumu olan Urmu gölü quruyub və hazırda göldə yalnız 200 milyon kubmetrə yaxın su qalıb.

 GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar