SON XƏBƏRLƏR

FRANSA TÜRKİYƏYƏ YOX DEDİ

2021.10.20, 07:36
FRANSA TÜRKİYƏYƏ YOX DEDİ

Gunaz.tv
FRANSA TÜRKİYƏYƏ YOX DEDİ Fransa prezidenti Nikola Sarkozi Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsində ölkəsinin mövqeyini bir daha nümayiş etdirib Avropa parlamentinə iyunda keçiriləcək seçkilərlə bağlı qanunverici orqanda çıxış edən Fransanın dövlət başçısı Türkiyənin Avropa ittifaqına üzvlük əvəzinə imtiyazlı ortaqlıq ideyasını bir daha təkrarlayıb. Nikola Sarkozi Türkiyəyə quruma üzvlük müqabilində alternativ variantın təklif olunmasının vacibliyini vurğulayıb. O , ilk növbədə rəsmi Ankara ilə Avropa İttifaqı arasında iqtisadi və siyasi sahələrdə əməkdaşlığın genişləndirilməsini təklif edib. Avropa ittifaqı sıralarını genişlənməsi ideyasından əl çəkməyin vaxtı çatdığını deyən Fransa prezidenti Avropaya əsas qaz tədarükçüsü olan Rusiyanı Avropa Birliyinin rəqibi kimi yox, partnyoru kimi çıxış etməyə çağırıb. Fransanın dövlət başçısı çıxışında həmçinin Avropanın vahid qaz birjasının yaradılmasını təklif edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar