"Eurasianet" analitik nəşri Azərbaycan haqqında xüsusi məqalə dərc edib.
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
Britaniyada iki iranlı casusluqda təqsirli bilindi
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
İranın 11 əyalətində qaz kəsintiləri olacaq
Pezeşkian və Ərdoğan görüşdü
On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
"Eurasianet" analitik nəşri Azərbaycan haqqında xüsusi məqalə dərc edib.
Günaz TV məqalənin mətnini təqdim edir.
Azərbaycanın öz güney cinahında genişlənən rolu uzun müddətdir fərqli geosiyasi bölgələr kimi qəbul edilən iki bölgənin, Yaxın Şərq və Qafqaz arasında strateji əlaqəni dərinləşdirir.
Rusiya və İranın diqqətinin yayınmış olması və zəifləməsi ilə Bakı ərəb dünyasında güclənməkdə olan oyunçu kimi təsir göstərmək imkanı qazanıb. Ölkənin coğrafi mövqeyi bu Güney Qafqaz ölkəsinə bölgəsəl enerji və təhlükəsizlik dinamikası üzərində böyük təsir imkanları verir. Bu amillər Vaşinqtonun Yaxın Şərqdə yeni qüvvələr balansı yaratmaq səylərində Azərbaycanın artan önəmini göstərir ki, bu da iki tərəf arasında əlaqəni məhdudlaşdıran 907-ci düzəlişin ləğvini gündəmə gətirir.
Oktyabrın 18-də Amerika Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Görüş Vaşinqtonun bölgəsəl imkanlarının sakit genişlənməsinə işarədir. Həmin gün “Times of Israel” qəzeti Tramp administrasiyası ilə Prezident İlham Əliyev arasında anlaşmaya əsasən, Bakının Qəzzanın müharibədən sonrakı təhlükəsizliyinə cavabdeh olacaq Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə (BSQ) qoşun göndərməyə razılıq verdiyini bildirib.
“Politico”nun oktyabrın 15-də qeyd etdiyi kimi, Azərbaycan Pakistan və İndoneziya ilə birlikdə BSQ-nə qoşulmaqda maraqlı olan aparıcı müsəlman ölkəsi kimi önə çıxıb. Qüvvənin strukturu ilə bağlı danışıqlar davam edir. Əliyevin oktyabrın 13-də Qəzzada atəşkəs razılaşmasının imzalandığı Şarm-əl-Şeyx sammitində iştirakı Bakının Avrasiya və Yaxın Şərqin inkişaf edən təhlükəsizlik arxitekturasında Amerikanın müsəlman çoxluqlu ölkə kimi tərəfdaşı olaraq artan nüfuzunu bir daha göstərdi.
Tramp Administrasiyası Amerikanın qlobal geostrategiyasının əsaslı şəkildə yenidən istiqamətləndirilməsinin astanasındadır. Yeni yaranan bu çərçivəyə əsasən, Vaşinqton bölgəsəl müttəfiqlərin öz strateji mühitlərində təhlükəsizliyin və sabitliyin qorunması üçün əsas məsuliyyəti öz üzərinə götürməsini gözləyir. Amerikanın burada məqsədi Amerikanın quruda əsas təhlükəsizlik təminatçısı kimi rolunu azaltmaq və Amerikanı dənizdə, texnologiyada, strategiyada əsas çəkindirici gücə çevirməkdir. Rusiyanın Ukraynadakı müharibəsi fonunda bu yeni yanaşmanın tətbiqi Avropada çətin olsa da, yeni strategiyanın uzun müddətdir davam edən düşmənliklərin son iki ildə yenidən alovlandığı Yaxın Şərqdə tətbiqi daha da mürəkkəbdir.
Müasir Yaxın Şərq dörd əsas güc mərkəzi tərəfindən müəyyən edilir: Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı və İran. Vaşinqton üçün bölgəsəl tarazlığın qorunması, hər biri öz marağını güdən bu dövlətlər arasında dəyişən tarazlığın idarə edilməsini tələb edir. Bu dövlətlərin bir-birlərinə olan münasibətləri bölgənin parçalanmış arxitekturasını anlamağımıza kömək edir. İsraillə 2024-25-ci illər müharibəsindən sonra İranın strateji kiçilməsi bir güc boşluğu yaratdı. Tramp administrasiyası bu boşluğu İsrail, Türkiyə və Səudiyyə Ərəbistanı arasında üçtərəfli tarazlığı yaratmaqla doldurmağa çalışır.
İsrail Yaxın Şərqin dominant hərbi gücü kimi mövqeyini möhkəmləndirərək, bölgədə güc formalaşdırmaq üçün həm imkan, həm də siyasi iradə nümayiş etdirdi. Səudiyyə Ərəbistanı, böyük karbohidrogen sərvətinə baxmayaraq, məhdud hərbi potensiala malikdir və xarici tərəfdaşlardan strateji asılı şəraitdədir. Türkiyə, əksinə, daxili iqtisadi gərginliklərə baxmayaraq, İranın, xüsusən də Suriyadakı tənəzzülündən sonra təsirini genişləndirmək üçün möhkəm müdafiə sənayesi və bölgəsəl imkanlarından istifadə etdi. Beləliklə, yaranan bölgəsəl nizam getdikcə daha çox Türkiyə və İsrail arasında iki oyunçu yarışmasına bənzəyir.
Uzun müddət Rusiya və Sovet hakimiyyəti altında Yaxın Şərqdən təcrid olunmuş Azərbaycan İranın quzeyə yönəlmiş ambisiyalarına qarşı çıxmaq üçün Türkiyə və İsraillə sıx əlaqələr qurub. Onun strateji tərəfdaşlıqları enerji, kəşfiyyat və hərbi əməkdaşlıq vasitəsilə dərinləşdi və Bakının Dağlıq Qarabağı yenidən fəth etməsini asanlaşdırdı. Bu, nəticə bölgəsəl tarazlığı dəyişərək, Moskvanı (xüsusən də Ukraynadakı müharibəyə görə) və Tehranı zəiflətdi, eyni zamanda Azərbaycana iddialı davranmaq üçün daha çox inam verdi. Bu məsələ 2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarının təyyarəsinin Rusiya tərəfindən təsadüfən vurulmasından sonra Moskvaya qarşı sərt mövqeyi ilə daha göz önünə çıxdı.
Hazırda Ermənistanla imzalanmış şərti sülh sazişi ilə Bakı Yaxın Şərqdə daha fəal rol oynamaq üçün təhlükəsizlik imkanlarından və təsirindən istifadə edir.
Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə sıx əlaqələri onu formalaşmaqda olan bölgəsəl balansda əsas aktora çevirib. Bakı maraqları tez-tez fərqli olan iki əsas tərəfdaşı arasında, xüsusən də Suriyada vasitəçilik etmək üçün unikal mövqeyə malikdir. May və iyul ayları arasında Azərbaycan Ankara və Qüds arasında Suriyadakı müvafiq nəzarət zonaları ilə bağlı üç raundlu danışıqlara şərait yaradıb. Paralel olaraq, Əliyev Suriyanın keçid rəhbərliyi ilə əlaqələri dərinləşdirdi və prezident Əhməd əl-Şaraanın iyulun 12-13-də Bakıya rəsmi səfər (tərəflərin apreldən bəri ikinci görüşü idi) etdi. Burada hər iki tərəf Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracına dair mühüm saziş imzaladı.
Bakının Türkiyə və İsrail arasında əsas vasitəçi rolu Vaşinqtonun bölgəsəl sabitliyi təmin etmək yükünü azaltmaqla birbaşa Amerikanın maraqlarına xidmət edir. Bakı keçid dövrü İranını idarə etmək üçün Amerikanın səylərində daha da təsirli rol oynaya bilər. Artıq Azərbaycan, Ermənistan və Amerika İran sərhədi boyunca Ermənistanın güneyindən keçməklə Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) təsis edən üçtərəfli saziş imzalayıblar. İslam Respublikası daxili təlatümlər və Vaşinqtonla əlaqə yaratmaq üçün artan təzyiqlərlə üzləşdiyi bir vaxtda Azərbaycanın strateji dəstəyi getdikcə daha zəruri hala gəlir.
Amerikanın əsas məqsədi Prezident Trampın 20 bəndlik planı çərçivəsində Qəzzanın sabitləşdirilməsidir, burada Azərbaycan Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə (BSQ) əsas töhfə verənlərdən biri kimi çıxış edir. BSQ-də iştirak edəcəyi gözlənilən ərəb və müsəlman xalqları arasında Azərbaycan İsraillə sıx strateji əlaqələr saxlayan yeganə ölkə kimi diqqətə çarpır. Bu unikal mövqe Misirin rəhbərlik etdiyi BSQ və İsrail Müdafiə Qüvvələri arasında uzunmüddətli koordinasiyanı asanlaşdırmaq, əməliyyat effektivliyini və siyasi etimadı təmin etmək üçün kritik rol oynayacaq. CENTCOM-un İsraildəki bazadan missiyaya nəzarət etmək qərarı və onun komandirinin Azərbaycanın hərbi rəhbərliyinə son səfəri Vaşinqtonun Bakının yeni yaranan təhlükəsizlik çərçivəsinə artan əhəmiyyətini tanımasını bir daha göstərir.
Azərbaycanın Qəzzada sabitləşdirici tərəfdaş və Yaxın Şərq ilə Avrasiya arasında körpü rolu kimi potensialından tam istifadə etmək üçün Vaşinqton ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin qalığı olan 1992-ci il Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvindən başlamalı, ikitərəfli əməkdaşlığı məhdudlaşdıran struktur maneələri aradan qaldırmalıdır. 907-ci maddə Amerika hökumətinin Azərbaycana yardımının əksər formalarını qadağan edir. Tramp Administrasiyası tərəfindən asanlaşdırılan Ermənistan-Azərbaycan sülh sazişini nəzərə alsaq, müddəa ilkin məntiqini itirib və indi strateji baxımdan önəmini itirib. Bununla belə, onun davamlı mövcudluğu Vaşinqtonun Qərbi Asiyada geosiyasi, iqtisadi və diplomatik maraqlarını sarsıdır.
Respublikaçılar Konqresin hər iki palatasında hələ də çoxluğa sahib olduqları bir zamanda Tramp Administrasiyası 907-ci maddənin ləğvinə üstünlük verməlidir. Yaxınlaşan aralıq seçkiləri bu fürsət pəncərəsini potensial olaraq kiçildən siyasi qeyri-müəyyənlik yaradır. Demokratlar ya Nümayəndələr Palatasına, ya da Senata nəzarəti bərpa etsələr, onların Bakıya qarşı ənənəvi mənfi mövqelərini nəzərə alsaq, çox güman ki, 907-nin ləğvinə mane olacaqlar. Buna görə də indi işə qoyulmaq administrasiyaya hüquqi məsələləri Yaxın Şərq və Qafqazdakı daha geniş strateji məqsədləri ilə uyğunlaşdırmağa imkan verəcək.
Azərbaycan Yaxın Şərq və Avrasiyanı birləşdirən strateji menteşəyə çevrilərək, onu Vaşinqtonun bölgəsəl güc balansını yenidən formalaşdırmaq səyləri üçün əvəzsiz edir. Türkiyə və İsrail arasında etibarlı vasitəçi, İranın quzey cinahında sabitləşdirici qüvvə və Qəzzanın sabitləşdirilməsi missiyasına əsas töhfə verən müsəlman Azərbaycan, Amerikanın qüvvələrini həddindən artıq parçalamasından gərək olmadan davamlı müharibədən sonrakı nizamın qurulmasında Amerikanının maraqlarını irəli aparır. Buna görə də Vaşinqton Azərbaycanla hərtərəfli təhlükəsizlik və iqtisadi tərəfdaşlığı institusionallaşdırmaq üçün qətiyyətlə hərəkət etməlidir. Bunu etmək, Amerikanın Qafqaz-Yaxın Şərq dəhlizində təsirini gücləndirəcək, Qəzzanın uzunmüddətli yenidən qurulmasında koordinasiyanı artıracaq və yeni müttəfiq bölgəsəl arxitekturasının əsaslarını möhkəmlətməklə yanaşı, Rusiya, İran və Çinin təcavüzünə qarşı çıxacaq.
- Cəfər Cəfərli
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya