SON XƏBƏRLƏR

ABŞ-ın dövlət katibi Azərbaycanın xarici işlər naziri ilə görüşmüşdür

2021.10.20, 07:36
ABŞ-ın dövlət katibi Azərbaycanın xarici işlər naziri ilə görüşmüşdür

Gunaz.tv
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 4-5-də Vaşinqtonda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində E.Məmmədyarov ABŞ-ın dövlət katibi Hillari Klinton, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyms Cons, Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Moninqstarla ikitərəfli görüşlər keçirmiş, eləcə də Vaşinqtonda Avrasiya regionu ilə məşğul olan tədqiqat mərkəzlərinin təmsilçiləri ilə fikir mübadiləsi aparmışdır. Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli strateji əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması və bu işə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın töhfəsi, həmçinin Avrasiyanın enerji infrastrukturu və Azərbaycanın terrora qarşı qlobal mübarizədə rolu diqqət mərkəzində olmuşdur. Azərbaycan xarici işlər naziri ilə görüşdən əvvəl jurnalistlər qarşısında çıxış edən ABŞ-ın dövlət katibi Hillari Klinton vurğulamışdır ki, ölkələrimiz arasında bir sıra mühüm məsələlər üzrə çox yaxın münasibətlər qurulmuşdur. Elmar Məmmədyarov ilə bugünkü müzakirələrimiz bu münasibətləri genişləndirmək və dərinləşdirmək üçün yollar axtarmağa imkan verəcəkdir. Xanım Klinton qeyd etmişdir ki, Azərbaycanın çox vacib strateji məkanda yerləşməsi regional və qlobal mənada əhəmiyyətlidir. Ona görə də, ölkəmiz bölgəni maraqlandıran vacib məsələlərdə artan məsuliyyəti və liderliyi üzərinə götürməyə qadirdir. Elmar Məmmədyarov isə amerikalı həmkarı ilə görüşün ABŞ- Azərbaycan strateji əməkdaşlığını irəliyə apracağına əminliyini ifadə etmişdir. Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri Vaşinqton

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar