SON XƏBƏRLƏR

Terrorçular niyə Neft Akademiyasını seçiblər?

2021.10.20, 07:36
Terrorçular niyə Neft Akademiyasını seçiblər?

Gunaz.tv
Eldar Sultanov: "İstintaq qrupu tərəfindən hadisənin səbəbləri araşdırılır. Araşdırma zamanı bütün qaranlıq məsələlər, o cümlədən, həbs edilən şəxsləri bu işə vadar edən səbələr də aydınlaşdırılacaq". “Əlbəttə ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisəyə görə Təhsil Nazirliyi də məsuliyyət daşıyır. Amma mən şəxsən hesab edirəm ki, əvvəlcə bu məsələ araşdırılmalıdır ki, nə üçün bu hadisə ilə bağlı məhz təhsil müəssisəsi seçilib?”. RİA-nın məlumatına görə, bu barədə jurnaldistlərə ADNA-dakı terror hadisəsindən danışan Azərbaycanın təhil naziri Misir Mərdanov bildirib. O qeyd edib ki, nazirlik təhsil müəssisələrinin qorunması üçün xüsusi iş aparır. “Baş vermiş hadisədən sonra təhsil müəssisələri bu məsləyə daha məsuliyyətlə yanaşırlar. Düşünürəm ki, qısa müddətə bütün təhsil müəssisələrində dövlətin xüsusi mühafizəsi təşkil olunacaq. Bu təkcə ali məktəblərdə deyil, orta məktəb və bağçalarda da həyata keçiriləcək. Hər bir müəssisədə elə bir şərait yaradılmalıdır ki, tələbələr, şagirdlər təhlükəsizliyin təmin olunmasına tam əmin olsunlar”, - deyə Mərdanov əlavə edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov RİA-ya bildirib ki, polis həbs edilən şəxslərdən izahat almayıb. “Bununla bağlı istintaq qrupu yaradılıb. Bu sualı istintaq qrupuna ünvanlamaq lazımdır”, - deyə Zahidov əlavə edib. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə RİA-ya bildirib ki, istintaq qrupu tərəfindən hadisənin səbəbləri araşdırılır. Araşdırma zamanı bütün qaranlıq məsələlər dəqiqləşdiriləcək. O cümlədən, hadisəyə görə, həbs edilən şəxsləri bu işə vadar edən səbələr də aydınlaşdırılacaq. Eldar Sultanov bildirib ki, yaxın günlərdə istintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar