SON XƏBƏRLƏR

Evin Həbsxanasında həbsdə olan Azərbaycanlı vəkil və siyasi məhbus Tahir Nəqəvi aclıq eyləminə başlayıb

2025.10.28, 10:53
Evin Həbsxanasında həbsdə olan Azərbaycanlı vəkil və siyasi məhbus Tahir Nəqəvi  aclıq eyləminə başlayıb

Tehranın Evin həbsxanasında saxlanılan Azərbaycanlı vəkil və siyasi məhbus Tahir Nəqəvi 27 oktobr 2025-ci il tarixindən bəri aclıq eyləminə başlayıb.

Gunaz.tv

Eyləm həbsxana rəsmilərinin və kəşfiyyat işçilərinin onun ağır fiziki vəziyyətinə laqeydliyinə etiraz olaraq keçirilir.

Tahir Nəqəvinin yaxınlarının sözlərinə görə, o, onurğasının altı fəqərəsində sınıqlardan əziyyət çəkir, bu məsələ həbsxananın özündə aparılan MRT müayinəsi ilə də təsdiqlənib.

Bundan əlavə, onun sidik kisəsində və prostat nahiyəsində kütlə aşkar edilib və son on gündür ki, o, hemoroid səbəbindən şiddətli ağrı və qanaxma yaşayır.

Tahir Nəqəvi bəyin kritik fiziki vəziyyətinə və təkrarlanan sağlıq problemlərinə, ailəsi və digər məhbuslar tərəfindən göndərilən çoxsaylı məktublara baxmayaraq, həbsxana daxilində heç bir effektiv müalicə təmin edilməyib, ona tibbi məzuniyyət və ya şərti azadlıq verilməyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar